Müğənni: “Qazın qiymətinin qalxdığını oxuyanda şoka düşdüm, insanlar əziyyət çəkir"
01-07-2021 [13:45]
“Sosial şəbəkədə yazdığım statuslara görə bir çox insanlar narahat olur. Bəzi telekanallar statuslarıma görə məni “qara siyahı“ya salır. Amma heç kim başa düşmür ki, mən ümumiyyətlə, hakimiyyətə qarşı danışan insan deyiləm. İllərdir, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Nə qohumlarımın, nə də özümün siyasi marağım var. Sadəcə, yaxşı və ya pis nəsə baş verirsə, ortaya vətəndaş mövqeyi qoyuram, öz fikrimi bildirirəm”.
Mia.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri Meydan TV-yə Tarif Şurasının qaz və işığın qiymətləri ilə bağlı yeni qərarını şərh edərkən deyib.
“Qazın qiymətinin qalxdığını oxuyanda şoka girdim. İndi yaydır, insanlar qazdan az istifadə edir. Amma bunun qarşıdan gələn qışı var. İl yarımdır ki, insanlar işsizdir. Ancaq market və apteklər işləyirdi. Kiçik biznes sahiblərinin, musiqiçilərin, restoranlar və digərlərinin vəziyyəti göz qabağındadır. Bəllidir ki, insanlar əziyyət çəkir. Bu dəqiqə qiyməti qaldırmağın mənası yox idi. Tarif Şurasının qərarı ilə razı deyiləm. Mən hamının adından danışıram. Tədbirlərə, konsertlərə, el şənliklərinə qiyməti endirirəm. Şadlıq sarayları, restoranlar, benzin, qaz, yemək onsuz da hamısının qiyməti qalxıb. Camaat da pandemiyaya görə pul qazanmır. Hazırkı vəziyyətdə əlimdən başqa heç nə gəlmir".
Mənim kütləyə çıxışım daha rahatdır, jurnalistlərlə ünsiyyətim var. Yazdıqlarım daha tez ünvanına çatır”,- müğənni bildirir: “Bəzi problemlər sosial şəbəkələrdə paylaşdığım statuslarımdan sonra hətta həllini tapır. Mənim nə deputat olmaq, nə də siyasətçi olmaq fikrim yoxdur. Xarakterim budur, uşaqlıqdan belə olmuşam. Vətən uğrunda gedən döyüşlərdə iştirak edən insanların ailəsində böyümüşəm. Anam ikinci qrup əlildir, döyüşdə yaralanıb. İnsanların, ümumiyyətlə, problemlərinə biganə qala bilmirəm. Sənətçiliyi kənara qoyuram. Mən və ailəm bir insan olaraq, vətənimizi qoruyuruq, lazım olanda, imkan daxilində əl də tuturuq, xalqa xidmət edirik. Heç nəyə biganə qalmıram. Küçədə susuz it görürəm, su və qab alıb, onu içirirəm. Yəni hətta onun yanından da rahat keçə bilmirəm. Bu, mənim xarakterimdir və düşünürəm ki, insanlar belə olmalıdırlar. Heç bir problemə biganə qalmamalıdırlar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi