Spiker Macarıstanda: Milli Assambleyasının sədri ilə müzakirə aparılıb
01-07-2021 [13:38]
Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində iyunun 30-da bu ölkənin Milli Assambleyasının Sədri Laszlo Kover ilə görüşüb.
Mia.az xəbər verir ki, Milli Məclisin Sədrini və nümayəndə heyətini salamlayan Laszlo Kover onun dəvətini qəbul edərək Macarıstana səfərə gəldiyinə görə Azərbaycan parlament nümayəndə heyətinə təşəkkürünü bildirib.
O, diqqətə çatdırıb ki, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti getdikcə artmaqdadır. Laszlo Kover dost və strateji tərəfdaş münasibətlərinə malik olan Macarıstan və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd edib ki, deputatlarımız beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edir, ölkələrimizin maraqları baxımından bir-birinə dəstək verirlər.
Laszlo Kover Macarıstanın müşahidəçi statusuna sahib olduğu TÜRKPA çərçivəsində türk dünyası ilə artan əməkdaşlıq ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə inamını ifadə edib. Macarıstan Parlamentinin sədri çətin anlarda, o cümlədən pandemiya dövründə macar xalqına verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
"Bu dostcasına hərəkət bizim üçün çox dəyərlidir", - deyən L.Kover iki xalq arasında əlaqələrini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə və bu ölkəyə rəsmi səfərə dəvətinə görə həmkarına minnətdarlığını ifadə edib. Macarıstanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu qeyd edən Sahibə Qafarova ölkəmizin Macarıstanla hərtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Qeyd edib ki, bu gün bu münasibətlər dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərimizin inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərlərinin, keçirdikləri görüşlərin və imzalanan sənədlərin xüsusi rolu var.
Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinə dair göstəricilərə toxunan Milli Məclisin Sədri vurğulayıb ki, ticarət dövriyyəsini artırmaq üçün daha yüksək potensial var. Qeyd edilib ki, hazırda Azərbaycan Cənubi Qafqazın böyük bir iqtisadi mərkəzidir. Ölkəmiz enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır, Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır. Humanitar əlaqələrdən danışan Spiker bu əlaqələrin inkişafındakı xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Macarıstanın Ali mükafatı ilə təltif olunduğunu xatırladıb.
Söhbət zamanı Sahibə Qafarova bildirib ki, parlamentlərarası əlaqələrimiz də daim inkişaf edir. Hər iki ölkənin parlamentlərindəki qarşılıqlı dostluq qrupları qanunverici orqanlar arasındakı münasibətlərin daha da dərinləşməsinə töfhə verir. Deputatlarımızın beynəlxalq təşkilatlardakı əməkdaşlığı təqdirəlayiqdir. Milli Məclisin Sədri Macarıstan hökumətinə, Macarıstan parlamentinin rəhbərliyinə və deputatlara 44 günlük Vətən müharibəsi dövrü də daxil olmaqla Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.
Sədr diqqətə çatdırıb ki, artıq müharibə başa çatıb və Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Tərəflər 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatla bütün məsələləri həll etmək barədə razılığa gəlsələr də, Ermənistanın azad edilmiş torpaqlarımızdakı minalanmış ərazilərin tam xəritəsini verməməsi nəticəsində hərbi qulluqçular və mülki şəxslər, o cümlədən, jurnalistlər mina partlayışlarının qurbanı olur. Milli Məclisin Sədri minalanmış ərazilərin təmizlənməsi işində Macarıstanın ANAMA-ya verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və beynəlxalq ictimaiyyətin Ermənistanı minalanmış ərazilərin tam xəritəsini verməyə məcbur etməsinin vacibliyindən danışıb.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi