28-01-2014 [11:38]
- Uşaqlıq arzum aktrisa olmaq olub. Özü də kino aktrisası. Aparıcılıq heç ağlımdan keçməyib. Xəyallarımda həmişə dünya ulduzları ilə birlikdə filmlərə çəkilmişəm. Elə bu arzu ilə də Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşam. Oranın Rejissorluq fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında həm rejissor, həm də aparıcı kimi çalışmışam.
- Sizə ən seksi aparıcı deyə ilk dəfə kim müraciət etdi?
- Dəqiq yadımda deyil. Həm jurnailstlər, həm də tamaşaçılar. Yəni eyni vaxtda oldu.
- Bu adı asanlıqla qəbul etdiniz?
- Əvvəl-əvvəl yox. Daha sonra gördüm ki, bu adı qazanmaq üçün əldən-ayaqdan gedənlər var.
- Sizcə, səndən savayı həmkarlarından bu ada layiq olanlar var?
- Onu tamaşaçılar təyin edir, mən yox…
- Son zamanlar nəyi bəyənmirsiniz?
- Ümumiyyətlə, mənə nəyisə bəyəndirmək çox çətin məsələdir. Adi, fərqlənməyən işləri bəyənmirəm.
- Özünüz nə ilə fərqlənirsiniz bəs?
- Hər bir şeylə. Geyimimdən tutmuş atdığım addımıma qədər fərqlənirəm. Bu, bəzən planlaşdırılmamış şəkildə də olur. Həmişə istəmişəm ki, eynilikdən, adilikdən və standart çərçivədən çıxım.
- Siz getdikcə özünüzlə birlikdə nəyi dartıb "aparmaq” istərdiniz?
- Yaxınlarımın rahatlığını və canlarının möhkəmliyini.
- Hisslərə tez-tez qapılırsınız?
- Deməzdim ki, tez-tez qapılıram. Çalışıram ağlımla hərəkət edim. Amma bəzən olur ki, gözəl bir musiqini dinlədikdə o, məni aparır.
- Daha çox gələcəyə aparır, yoxsa keçmişə?
- O baxır musiqiyə. Musiqi var insanı keçmişə aparır, musiqi var indiki vəziyyətindən xəbər verir, musiqi də var ki, gələcəyə aparır. Ona görə də o, həmin anda hansı musiqini dinlədiyim zaman bilinir.
- Sizi yandırıb-yaxan nədir?
- Mən, ümumiyyətlə, həyatda çox nadir hallarda təəccüblənirəm. O ki qaldı məni nəsə yandırıb-yaxsın. Xeyr, elə bir şey yoxdur.
- Sonuncu dəfə nəyə təəccüblənmisiniz?
- Haqqımda yayılan şayiələrə. Baxmayaraq ki, buna normal baxıram, amma yenə də çox təəccüblənmişəm. Hərdən elə uydurulmuş hadisələr danışırlar ki, adi insanların fantaziyasına heyran oluram (gülür).
- Məsələn, bu vaxtacan sizə ən qəribə gələn şayiə hansı olub?
- Bir çoxları. Sonuncu dəfə eşitdiklərimdən biri budur ki, guya məni rayonlarımızdan birində tədbirdə görüblər. Özü də mənə məxsus olmayan bir avtomobildə. Halbuki, mən həmin rayonda heç bir zaman olmamışam və deyilən avtomobil markasında avtomobilim də olmayıb.
- Nədən çəkinirsiniz?
- Çəkindiyim elə bir şey yoxdur. Sadəcə olaraq, qorxduğum budur ki, Allah mənə cəza vemək üçün yaxınlarıma, doğmalarıma bir ağrı, acı verə bilər. Bu, məni həmişə düşündürür və çəkindirir.
- Sizi özünüzdən nə çıxarda bilər?
- Axır zamanlar məni heç nə özümdən çıxartmır. Hər şeyə o qədər normal baxıram ki, sanki emosiyalarım da susub. Mən susub-susub birdən "partlayıram”. Onda yer-göy titrəyir… Amma bu, çox nadir hallarda baş verir.
- Sonuncu dəfə belə "partlayış” nə zaman olub?
- Hələ bu partlayış gözlənilməkdədir (gülür).
- Bu, nə ilə əlaqədar olacaq?
- Hələ ki, susmağa üstünlük verirəm.
- Deyilənə görə, heyvanları çox sevirsiniz…
- Bəli, iti, pişiyi və atı çox sevirəm. Hətta evimdə pişik də saxlayıram. Bundan başqa, delfinə, balıqlara və quşlara da çox böyük marağım var.
- Sizcə, bu il sizin üçün necə olacaq?
- At muraddır. Bu il də at ili olduğuna görə, düşünürəm ki, mən də öz muradıma çatacam. Bir də at at oynadanları sevir. Odur ki, meydan at oynadanlarındır…milli.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi