Icra başçısının tender oyunu - Korrupsiya siyahısı

img

28-01-2014 [11:29]


İcra başçısı üç şirkətin əliylə onminlərlə manat büdcə vəsaitinin axırına çıxıb. 

Yevlaxın icra başçısı Qoca Səmədovla bağlı maraqlı faktlar ortaya çıxıb. Xüsusən də, onun büdcə pullarını silmək üçün müxtəlif variantlara əl atması və ən əsası da bu işləri üç şirkət vasitəsi ilə həyata keçirməsi daha çox diqqəti çəkir.

Mia.az Demokratiya.info-ya istinadən xəbər verir ki, Qoca Səmədovun həyata keçirdiyi pulsilmə əməliyyatları müxtəlif adlar altında reallaşdırılır. Və bu işləri həyata keçirən şirkətlərin hamısı birbaşa ona yaxın olan adamların nəzarətindədir. Təbii ki, bütün bunlar teder yolu ilə gerçəkləşdirilir ki, onun da formal xarakter daşıdığı kimsədə şübhə doğurmur.

Qeyd edək ki, Yevlax şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi əsas pulsilmə əməliyyatları aşağıdakı kimi olub:

- Yevlax şəhər İcra Hakimiyyətinin sifarişi əsasında digər maşın və avadanlıqların satın alınması "Yusif-2009" MMC vasitəsi ilə reallaşdırılıb. Bunu üçün ayrılmış 29200 manatın hansı aqibət yaşadığını isə icra başçısından başqa bilən yoxdur.

- Yevlax şəhər İcra Hakimiyyəti Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması "Yusif-2009" MMC 18000 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti Əsaslı təmir işlərinin satın alınması "Bayramoğlu" MMC 42000 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti Cari təmir işlərinin satın alınması "Bayramoğlu" MMC 22350 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması "Yusif-2009" MMC 9000 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti Yumşaq inventarların satın alınması "Yusif-2009" MMC 18850 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti Avadanlıqların satın alınması "Yusif-2009" MMC 7875 manat;

Yevlax şəhər İcra Hakimiyyəti İnventarların satın alınması "Yusif-2009" MMC 28100 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti başçısının Balçılı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Digər maşın və avadanlıqların satın alınması "Rəşad-2003" MMC 3950 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Bucaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Digər maşın və avadanlıqların satın alınması "Rəşad-2003" MMC 3900 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti başçısının Ərəş kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Digər maşın və avadanlıqların satın alınması "Rəşad-2003" MMC 6800 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Qarxun kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Digər maşın və avadanlıqların satın alınması "Rəşad-2003" MMC 4900 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Qarxun kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi İnventarların satın alınması "Rəşad-2003" MMC 8000 manat;

Yevlax şəhər İcra Hakimiyyəti başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Digər maşın və avadanlıqların satın alınması "Rəşad-2003" MMC 5850 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Digər maşın və avadanlıqların satın alınması "Rəşad-2003" MMC 2100 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi İnventarların satın alınması "Rəşad-2003" MMC 4990 manat.

Və bu siyahı uzandıqca uzanır. Amma yekun nəticə odur ki, burada göstərilən işlərin hamısı sənədlərdə həyata keçirilib. Reallışda isə ayrılmış pulların hamısı Qoca Səmədovun şəxsi maraqlarına xərclənib. Həmin işlər isə yerli icra nümayəndələrinin şəxsi pulları hesabına həyata keçirilib. Ortada olan rəqəmlər isə yüz minlərlə manatın icra başçısı tərəfindən talan edilməsini göstərir. Çünki bu qədər pulların heç biri təyinatı üzrə xərclənməyib ki, bu da rayondakı mənbələr tərəfindən təsdiqlənir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA