Bu rayonlarda qaz olmayacaq- Siyahı

img

28-01-2014 [11:25]


Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar 28 yanvar 2014-cü il tarixində saat 09:00-dan 17:00-dək Ağstafa, Ağcabədi rayonlarına, Zaqatala və Goranboy rayonlarının bir hissəsinə, saat 09:00-dan 18:00-dək Mingəçevir şəhərinə, Yevlax rayonunun Tanrıqulular kəndinə, Abşeron və Tərtər rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr olacaq.

Həmçinin bu gün saat 10:00-dan Bakının Xəzər rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək Quba rayonuna, saat 10:00-dan 18:00-dək isə Qazax, Nərimanov, Lənkəran, Bakının Xətai, Binəqədi və Sabunçu rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA