"Bu gün vəzifələrdə qohumluq əlaqələri eybəcər şəkil alıb" - "Nazir, 3 müavini və 8 şöbə müdirindən heç bir təhsil adamı deyil"
30-06-2021 [15:42]
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı təhsil naziri Emin Əmrullayev narahatlıq doğuran məqamları açıqlayıb.
Nazir bildirib ki, ali təhsilin əlçatanlığı, bərabər imkanların əldə edilməsi diqqətimizdə olan məsələlərdir:
“Bundan başqa, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir”.
Qeyd edək ki, təhsil nazirinin bu fikri uzun illərdir ki, ekspertlər, ictimaiyyət tərəfindən səsləndirilir. Ali məktəblərə qəbul imtahanları zamanı abituriyentləri və onların valideynlərini ən çox narazı salan məqamlar sualların çətinliyi olub.
Nəhayət, təhsil nazirinin də təsdiq etdiyi kimi imtahan sualları ilə bağlı mövcud vəziyyətin yaranma səbəbi nədir? TN və DİM arasında həmin problem öz həllinin tapacaqmı?
Mia.az-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya bildirib ki, artıq cəmiyyətə də təhsilin səviyyəsinin ildən-ilə aşağı getdiyi məlumdur:
“Bunu heç kim dana bilməz və hansısa irəliləyişdən söhbət gedə bilməz. O ki qaldı nazirin açıqlamasına, hər il əvvəlki tədris ilinin nəticələri ilə bağlı DİM açıqlama verir və bu, bir-iki ay gündəmdə olur. Ancaq əslində bu proses o qədər ciddidir ki, 1-2 ay deyil, il boyu gündəmdə olmalıdır. DİM sualları çətin salırsa, bu suallar proqramlardandır. DİM ilə Təhsil Nazirliyi arasında illərdir ki, davam edən soyuq müharibə var. TN-in öz proqramları, DİM-in öz proqramları, dərslikləri var. Ancaq buraxılış imtahanlarına məhz TN-in proqramlarından kənar suallar salınmır. Sualların çətinlik səviyyəsi isə qabaqcadan razılaşdırılmalıdır. Düşünmürəm ki, asan suallar salmaqla yalandan mənzərə yaradılsın ki, guya hər şey yaxşıdır. Doğurdan da vəziyyət ciddidir və statistik məlumatlarla bağlı son açıqlamadan sonra Təhsi Nazirliyi əməli işlərə başlamalıdır. Özünümüdafiə məsələnin həlli yolu deyil”.
Ekspert bildirib ki, ölkədə təhsil sistemi gündən-günə çökməkdədi:
“Bunun qarşısını almaq üçün islahatlar getməlidir. Ölkədə isə təhsil sahəsində həqiqi islahatlar getmir. Bunun yeganə yolu Təhsil Nazirliyinin Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb birbaşa Prezidentin tabeliyinə verilməsidir. Təhsillə bağlı müxtəlif qurumlar tərəfindən müdafiələr, təzyiqlər olduqca çoxdur. Bu sahədə nəzarət sistemi qurulmalıdır. Təhsildə vəziyyət isə reallıqda o statistik rəqəmlərdən və göründüyündən çox-çox ağırdır”.
Ekspert deyib ki, inkişaf etmiş ölkələrdə təhsil müəssisələri yerli icra hakimiyyətləri orqanlarına tabedir:
“Təhsil Nazirliyi ölkədə təhsil sahəsində metodik rəhbərliyi həyata keçirir. Bizdə 2011-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin tabeliyinə verilib. Ancaq məktəbəqədər təhsil pilləsi tamamilə məhv edilib. Düşünürəm ki, bu gün ümumtəhsil müəssisələrinin yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilməsi hələ tezdir. Çünki bizim yerli icra hakimiyyəti orqanları doğurdanmı onu idarə edə biləcək, yoxsa köhnə kolxoz-sovxoz üsuli ilə idarə edəcəklər, yaxud məktəbəqədər təhsil sistemi kimi olacaq?
Əsas gətirilsə ki, rayon icra hakimiyyətləri müdaxilə edir, ona görə problemlər var, bu da yanlışdır. Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 316 məktəb var və rayon icra hakimiyyətlərinin müdaxiləsi minimumdur, sıfır səviyyəsindədir. Nəyə görə BŞTİ-yə tabe olan məktəblərdə də tədris, təhsilin səviyyəsi regionlarda olduğu kimi bərbad vəziyyətdədir? Ölkədə təhsil sisteminə nəzarət mexanizmi yoxdur, işlək vəziyyətdə deyil. Səbəb isə bu gün konkret təhsil idarəetmə orqanlarında, Təhsil Nazirliyindən başlayaraq, təhsillə bağlı insanların çox az olmasıdır. Hazırda təhsil naziri və 3 müavini, 8-ə yaxın şöbə və hər şöbədə 4-5 sektor var, bu rəhbər işçilərdən neçəsi təhsil işçisidir?
Ona görə də bu gün kim xaricdə təhsil alıb, kim kimin qohumudur, sinif yoldaşıdır kimi hallar eybəcər şəkil alıb. Təhsillə bağlı insanlar sistemdən uzaqlaşdırılırlar. Yaxud nəinki rəhbərlik, 3-4-cü dərəcəli vəziələrdən belə uzaqlaşdırıldığına görə təhsil sistemi bu sahəyə yad olan, bilməyən, anlayışı olmayan insanların əlindədir. Ona görə də vəziyyətin bu dərəcə anormal olması gözləniləndir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi