Polis əməliyyatı: 11 nəfər saxlanıldı - VİDEO
29-06-2021 [13:44]
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Baş İdarənin əməkdaşlarının Qaradağ rayonunda keçirdikləri əməliyyat zamanı Bərdə şəhər sakini əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkum olunmuş Ramal Hüseynov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobilindən 18 kiloqram 582 qram heroin, 1 kiloqram 630 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bir ədəd plastik kart aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Ramal Hüseynovun yaşadığı Bərdə şəhərində yerləşən evindən isə əlavə 9 kiloqramdan artıq heroin aşkar olunub.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Masallı rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Astara rayon sakini İbrahim İmaməliyev saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 13 kiloqram 710 qram heroin, 10 kiloqram tiryək, 3 kiloqram 443 qram psixotrop maddə olan metamfetamin, 1 kiloqram marixuana və 1000 ədəd satışı qadağan olunan yüksək təsiredici “Metadon” həbləri aşkar olunub. İbrahim İmaməliyev külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.
Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Amid Süleymanov, Zakir Abbasov və Müşfiq Əliyev tutulublar. Amid Süleymanovun üzərinə və yaşadığı Ramana qəsəbəsindəki evinə baxış zamanı 6 kiloqram 89 qram heroin, 2 kiloqram 50 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Bu əməliyyat zamanı saxlanılan Zakir Abbasov və Müşfiq Əliyev Sabunçu rayonunun qəsəbələrində narkotik vasitələrin satışı, daşınması və gizlədilməsində Amid Süleymanova yaxından köməklik göstəriblər.
Baş İdarə əməkdaşlarının müvafiq olaraq paytaxtın Nərimanov, Xəzər, eləcə də, Abşeron rayonu ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Vüqar Ələsgərov, Elvin Rəsulov, Samir Şahverdiyev, Nail Nəsirov və Səbuhi Hüseynli saxlanılıblar. Baxış zamanı Vüqar Ələsgərovdan 1 kiloqramdan artıq heroin və metamfetamin, Elvin Rəsulovdan 500 qrama yaxın heroin və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri, Samir Şahverdiyev və Nail Nəsirovun üzərlərindən, eləcə də, idarə etdikləri avtomobillərdən ümumilikdə 1 kiloqram 40 qram heroin, metamfetamin və elektron tərəzi, Səbuhi Hüseynlidən isə ümumilikdə 2 kiloqram 361 qram heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşlarının narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı həyata keçirdiyi sonuncu əməliyyat zamanı isə Abşeron rayonu Məhəmmədli qəsəbəsində yaşayan Ramil Rəhimov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı ümumi çəkisi 20 kiloqram olan 91 ədəd aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə kolu aşkar olunub.
Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 72 kiloqramdan artıq narkotik maddə heroin və psixoptrop maddə metamfetamin, o cümlədən, 91 ədəd çətənə kolu və 1000 ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi