Leyla Əliyeva əlaçı tələbələrə təqaüd ayırdı

img

27-01-2014 [23:05]


Heydər Əliyev Fondunun vitse-prezidenti Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Federasiyasının ali məktəblərində təhsil alan əlaçı azərbaycanlı tələbələr üçün təqaüdlər ayrılıb.

RAFB-nin idarə heyətindən AzərTAc-a verilən məlumata görə, artıq altı ildir ki, əlaçı azərbaycanlı tələbələr Leyla Əliyeva tərəfindən təsis edilmiş xüsusi "RAGB əlaçısı” təqaüdü alırlar.

Sevindirici haldır ki, belə tələbələrin sayı ilbəil artmaqdadır. Bu təqaüdü Moskvanın və Rusiya Federasiyası regionlarının ali məktəblərində ikinci, üçüncü, dördüncü və beşinci kurslarda oxuyan tələbələr ala bilər. Bu halda həmin tələbənin təhsil aldığı bütün illər ərzində qiymətləri əla olmalıdır. Bu il RAGB təqaüdü alan tələbələrin sayı 60 nəfərdən çoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA