Silahlı Qüvvələr Günü münasibətilə Şirvanda ümumşəhər tədbiri keçirilb - FOTOLAR
27-06-2021 [16:18]
26 İyun Silahlı Qüvvələr Günü və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş hərbi qulluqçuların medallarının təqdim olunması münasibətilə Şirvan şəhərində ümumşəhər tədbiri keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti aparatının məsul əməkdaşaları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin valideynləri, təltif olunmuş müharibə iştirakçıları və qazilər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrı düzərək xatirəsini ehtiramla yad ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbiri giriş sözü ilə açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Torpaqlarımızın işğaldan azad edilməsi, Vətənimizin bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qalib Ali Baş Komandan başda olmaqla Azərbaycan Ordusunun bütün şəxsi heyətini Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümü münasibətilə təbrik edən İlqar Abbasov bu günü qalib xalq kimi qeyd etməkdən qürur duyduğunu vurğulayıb. Şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa diləyib. Qələbə sevincini və qürurunu xalqımıza yaşadan şəhidlərin və qazilərin hər zaman qəlblərdə yaşayacağını, heç zaman unudulmayacağını qeyd edib. Dövlətimiz və xalqımız qarşısında xidmətləri olan insanların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarından bəhs edib. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş hərbi qulluqçuların ölkə başçısının sərəncamları ilə müxtəlif orden və medallarla, fəxri adlarla təltif edildiyni diqqətə çatdırıb. Təltifə layiq görülən qəhrəman əsgər və zabitlər arasında Şirvan şəhərindən hərbi xidmətə səfərbər edilən yüzlərlə gənclərimizin olduğunu vurğulayıb. Qəhrəman əsgər və zabitlərimizin bundan sonra da Vətənimizin keşiyində əzmlə, rəşadətlə və vüqarla dayanacağını söyləyib.
Çıxış üçün söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, polkovnik leytenant Zaur Əliyevə verilib. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı tarixində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, artıq 23 ildir ki, 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir. Ömür yolu və zəngin siyasi fəaliyyəti hər birimizə ən dəyərli örnək olan Ulu Öndərin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Qeyd edib ki, maddi-texniki təminatın daha da yaxşılaşdırılması, peşəkar hərbi hazırlıq, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində Silahlı Qüvvələrimiz regionun ən güclü ordusuna çevrilib. Gənclərmizin yüksək vətənpəvərlik və qəhrəmanlıq nümunələrinə 44 günlük Vətən müharibəsində bir daha şahid olduğumuzu diqqətə çatdırıb.
Sonra şəhid ailələri adından şəhid atası Alim Zülfüqarlı çıxış edərək, qəhrəman atası, şəhid atası olmaqdan qürur duyduğunu bildirib. Qeyd edib ki, xalqı xalq eləyən uğrunda canından keçməyə hazır olan oğullarıdır. Torpaqları işğaldan azad edilmiş, müstəqil, qalib xalq olduğumuz üçün çox xoşbəxtik. Şəhid ailələrinə və qazilərə göstərilən diqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Ölkə Prezidentinin 25 iyun 2021-ci il tarixli "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası"nı Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva tədbir iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində yüksək fədakarlıq və rəşadət nümayiş etdirərək şəhid olan hərbi qulluqçuların təltifləri onların ailələrinə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda hərbi əməliyyatlarda göstərdikləri şəxsi igidlik və şücaətə görə fərqlənən müharibə iştirakçılarının və qazilərin təltifləri özlərinə təntənəli şəkildə təqdim olunub.
Təltiflər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Zaur Əliyev, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Adullayev, Şirvan şəhər Polis şöbəsinin rəisinin müavini Ramil Salayev, Şəhər Prokurorluğunun böyük müstəntiqi Nemət Məmmədov, Şirvan şəhər Məhkəməsinin sədri Elçin Qurbanov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov tərəfindən təqdim olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi