NİZAMİ VƏ NƏVAİ “XƏMSƏ”LƏRİNİN ÖYRƏNİLMƏSİ...
26-06-2021 [17:12]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru
***
21-22 iyun AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “Nizami və Nəvai irsinin mif və folklor qaynaqları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Zoom platforması üzərindən keçirilən tədbirdə Azərbaycanın tanınmış alimləri iştirak edib. Beynəlxalq konfrans olduğu üçün yalnız Azərbaycan deyil, eyni zamanda Türkiyə Cümhuriyyəti, Giresun Universitetinin, Özbəkistan Elmlər Akademiyasının, Özbəkistan, Nəvai Dövlət Pedaqoji İnstitutunun, Özbəkistan, Buxara Dövlət Universitetinin, Türkmənistan Elmlər Akademiyasının, Türkmənistan Dövlət Universitetinin, İran İslam Respublikasının Zəncan Universitetinin və s. ölkələrin tanınmış alimləri konfransa qatılıb, öz məruzələri ilə çıxış etmişlər.
Konfransada filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin də “Nizami və Nəvai “Xəmsə”lərində yazılı ədəbiyyata keçid edən folklor janrlarının fiqurasiyaları” məruzəsi maraqla qarşılanmışdır. Məruzənin qısa mətnini sizə təqdim edirik: Nizami Gəncəvi və Əlişir Nəvai yalnız şərq ədəbiyyatının deyil, bütün dünya ədəbiyyatının görkəmli nümayəndələridirlər. Xəmsə yazılması baxımından təbiidir ki, əsas məktəb N.Gəncəvidir. Çünki Nizamidən sonra məhz xəmsələr ya bütünlüklə yazılmış, yaxud da bu xəmsədən bir və daha artıq əsərlər qələmə alınmışdır. Eyni zamanda bu istiqamətdə əsər yazan hər bir müəllif Nizaminin adını və möhtəşəm sənətkarlığını qeyd etməklə bu məktəbin davamçısı olduqlarını etiraf etmişdir.
Ə. Nəvai “Xəmsə” si ona görə çox diqqətə layiqdir ki, bu əsərlər türk dilində yazılmışdır. Yəni türkcədə ilk xəmsə Ə.Nəvainin “Xəmsə”sidir. Çünki bir çox
sənətkarlara məktəb olan Nizami “Xəmsə”si məlumdur ki, fars dilində qələmə alınmışdır.
N.Gəncəvinin və Ə.Nəvainin meydana qoyduğu beş qiymətli əsər özündə geniş folklor spesifikasını daşımaqdadır. Biz bu məruzədə hər iki möhtəşəm sənətkarın fars və türk dillərində yazdıqları bu əsərlərdə yazılı ədəbiyyata keçid edən folklor janrlarını araşdırmağı qarşımıza məqsəd qoymuşuq. Məlumdur ki, Nizamidə də, Nəvaidə də yazılan bu əsərlərin süjet və motivləri folklordan yazılı ədəbiyyata keçid etmişdir. Yəni hər iki xəmsə yazılı ədəbiyyat nümunələri olmaqla bərabər folklora söykənmiş və aldıqları mövzuları əsas etibarilə folklor janrları əsasında oxuculara təqdim etmişlər. Bu əsərlər başdan-başa folklor janrları kimi əfsanə və rəvayət üzərində qurulmuş, əsərlərdə atalar sözləri, deyimlər, nağıllar və s. folklor janrları yazılı ədəbiyyat nümunəsinə çevrilmişdir.
Bu məruzədə eyni zamanda folklor janrlarının yazılı ədəbiyyata keçidi prosesində süjet və motiv fiqurasiyaları da izah olunmuş, folklor və yazılı ədəbiyyatın vahid mədəniyyət təşkil etdiyi aydınlaşdırılmışdır.
Azərbaycan-türk ədəbiyyatının, mədəniyyət və tarixinin əhəmiyyətli hadisəsi olduğu üçün Nizami Gəncəvi və Əlişir Nəvai irsinin müqayisəli şəkildə kütləvi auditoriyaya təqdim olunması faydalı fəaliyyətdir.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi