Məhəbbət Kazımovun Fəxri Xiyabanda dəfninə icazə verilməyib - EKSKLÜZİV

img

27-01-2014 [17:09]


Musavat.com-un hüzr mərasimində iştirak edən əməkdaşı Məhəmməd Türkmənin verdiyi məlumata görə, mərhum Məhəbbət Kazımovun Fəxri Xiyabanda dəfn olunmasına rəsmi qurumlar tərəfindən icazə verilməyib.

Həmçinin onun Bakı şəhərindəki qəbiristanlıqlarda torpağa tapşırılması üçün də yer ayrılmayıb.

Ona görə də, mərhum sənətkarla vida mərasiminin keçirilməsi üçün Bakıdakı mədəniyyət sarayları deyil, Xırdalan qəsəbəsindəki mədəniyyət evi seçilib.

Məlumata görə, M.Kazımovun nəşi yanvarın 28-də Xırdalan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA