Səfər Əbiyevə daha bir zərbə, keçmiş nazirə yaxın olan yüksək rütbəli zabit həbs olundu

img

27-01-2014 [14:12]


Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) yüksək rütbəli zabiti həbs edilib. HDQ-nın II dərəcəli kapitanı, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu barəsində həbs-qətimkan tədbiri seçilib. 

S. Hüseynov HDQ-nın ərzaq təminatı xidmətinin rəisi vəzifəsində çalışıb. II dərəcəli kapitan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, dövlət əmlakının mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, həbs olunan zabit keçmiş müdafiə naziri Səfər Əbiyevin və HDQ-nın komandiri, vitse-admiral Şahin Sultanovun yaxın adamı kimi tanınıb.
aznews.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA