Deputat: "Bu sənəd hələlik açıqdır, imzalar toplanmaqda davam edir"
24-06-2021 [15:10]
"Artıq Azərbaycanla bağlı həqiqətləri AŞPA-dakı nümayəndə heyətləri, hətta Avropa Şurası rəsmiləri də dilə gətirirlər".
Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov bildirib.
Onun sözlərinə görə, AŞPA-dakı nümayəndə heyətlərinin üzvləri, eyni zamanda Avropa Şurası rəsmiləri Azərbaycanın problemləri ilə yaxından maraqlanmağa başlayıblar: "Bu sessiya çox uğurlu keçdi. Sessiya zamanı bizi illər boyu tənqid edənlərin belə haqq yoluna qədəm qoymağa başladıqlarını müşahidə etdik. Onlardan biri Azərbaycan üzrə məruzəçi Stefan Şennakdır. O, bu günə qədər Azərbaycanı dəfələrlə qeyri-obyektiv, əsassız, müxtəlif bəyanatlarla tənqid edib. Amma bu sessiyada mina xəritələri mövzusuna toxundu, Azərbaycanın problemlərindən danışdı. Bu sessiyada Azərbaycanla bağlı həqiqətləri yalnız AŞPA-dakı nümayəndə heyətlərinin üzvlərindən deyil, hətta Avropa Şurası rəsmilərindən də eşitdik. Eyni zamanda Avropa Şurasının Baş katibi sessiyadakı çıxışı zamanı konkret olaraq mina xəritələri məsələsinin zəruri və həllinin gündəmini bir nömrəli problemi olduğunu xüsusi vurğuladı. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin Avropa Şurası Nazirlər Komitəsinə rəsmi şəkildə yazılı sualla müraciət etməsi, mina xəritələri ilə bağlı yazılı bəyanatın Avropa Şurasının sənədi kimi dərc olunması da xüsusi böyük əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu sənədə Bolqarıstan, Avrstriya və Türkiyənin AŞPA-dakı nümayəndə heyətlərinin üzvləri imza atıblar. Bu sənəd hələlik açıqdır, imzalar toplanmaqda davam edir".
S.Seyidov artıq AŞPA-da Azərbaycan xalqının haqq səsinin eşidilməyə başladığını deyib: "Sessiya zamanı Azərbaycan nümayəndə heyəti aktiv, parlaq, yüksək savad və bilik nümayiş etdirərək çıxış etdilər. Hər bir sahədə, istər hüquqi, istərsə də humanitar məsələlərə toxundular, həm də Azərbaycanın ağrılı məsələsi olan işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi mövzusundan danışdılar. Ermənistanın illər boyu Azərbaycan torpaqlarında dağıntı, söküntü, barbar bir siyasətin aparılması, mədəni abidələrin dağıdılması ilə bağlı məsələlər qaldırıldı. Bu iyun sessiyası müstəsna bir sessiyadır. Bunu bir dönüş kimi, artıq Avropada Azərbaycan Prezidentinin, Azərbaycan xalqının, Azərbaycan Ordusunun yaratdığı reallığı dərk etməyə başlama sessiyası kimi qiymətləndirirəm. Bu baxımdan bundan sonra da bu məsələlər yüksək səviyyədə öz əksini tapacaq"/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi