Müdafiə Nazirliyində şok təyinat: Bank işçisi kəşfiyyat idarəsinin rəisi təyin edildi

img

27-01-2014 [13:34]


 "Xalq Bank”ın mühafizə xidmətinin rəhbəri Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi təyin edilib.

Mia.az "Axar.az”a istinadən xəbər verir ki,"Xalq Bank”ın Mühafizə Xidmətinin rəhbəri polkovnik İlqar Mazanov Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə gətirilb. İlqar Mazanov bu vəzifədə general-mayor Rəhim Cəfərovu əvəzləyib.

Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq nazirliyin mətbuat xidməti faktı təsdiqləyib: "Məsələlərə şərh vermədən bildiririk ki, həqiqətən polkovnik İlqar Mazanov Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini icra edir”.

Qeyd edək ki, "Xalq Bank”dan "Axar.az”a verilən məlumatda İlqar Mazanovun bir müddət əvvəl bankdakı vəzifəsindən istefa verdiyi bildirildi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA