Hərbi ekspert ordudan ehtiyata buraxıldı: "Hər kəsdən başını dik tutmağı..."
24-06-2021 [12:50]
"İki gündən sonra Azərbaycan Silahlı Qüvvələrinin növbəti ildönümüdür: “Bu münasibətlə sıravi əsgərimizdən tutmuş Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı da daxil olmaqla hər kəsi ürəkdən təbrik edirəm. Möhkəm can sağlığı və vətənimiz Azərbaycanın etibarlı müdafiəsi və mühafizəsi üçün yeni-yeni uğurlar arzulayıram. Bu bizim qürurlu xalqın ötən ilki 44 günlük Zəfər Qələbəsindən sonra ilk Ordu Günü bayramıdır. Ona görə də, ilk növbədə Vətən savaşında canını fəda etmiş əziz şəhidlərimizə Allahdan rəhmət, yaralı və əlil hərbçilərimizə şəfa diləyərək, hər kəsdən başını dik tutmağı xahiş edərdim”.
MiaAz xəbər veirr ki, bu sözləri tanınmış hərbi ekspert, polkovnik Üzeyir Cəfərov özünün feysbuk hesabında yazıb.
O, bayram ərəfəsində mətbuat nümayəndələrinə müraciət edərərək qeyd edib: “Ötən ilin noyabr ayından mən də xidməti zərurətlə əlaqədar qısa müddətə Silahlı Qüvvələrimiz sıralarına həqiqi hərbi xidmətə çağırılmışdım və bu müddət ərzində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdım. Buna nə qədər nail oldumsa, daha yaxşısını xidmət etdiyim qurumun səlahiyyətliləri yaxşı bilir və onların mənə göstərdikləri diqqəti və qayğını heç vaxt unutmayacağam. Hər kəsə xüsusi minnətdarlıq və təşəkkürlər. Başda xidmətin 1-ci şəxsi olmaqla ən sonuncu əsgər və çavuşuna kimi hər kəsə xüsusi minnətdarlıq və təşəkkürlər”.
Polkovnik daha sonra bildirib ki, iyun ayının 25-dən etibarən o, artıq ehtiyatda olan polkovnik kimi yenə mətbuatda olan dostları ilə bərabər hərbi jurnalist kimi fəaliyyətini davam etdirəcək: “Yenə də Silahlı Qüvvələrimizin, Azərbaycan Ordusunun bütün həyat və fəaliyyətində yaxından iştirak edəcəyəm. Ona görə də, bu balaca qeydlərimi yazmaqla yazılı, elektron KİV nümayəndələrinə, mətbuatdakı köhnə-təzə dostlarıma bildirmək istəyirəm ki, bilik və bacardıqlarım imkanlar və səlahiyyətlər çərçivəsində verəcəyiniz suallara və sorğulara səmimi, obyektiv və dürüst cavablar verməyə əvvəlki kimi yenə hazıram. Hər birinizə və hər birimizə yaradıcılıq uğurları, əziz dostlar! Tanrı Azərbaycanımızı, onun Silahlı Qüvvələrini və Ordusunu qorusun!”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi