Daha bir əlil üstünə benzin tökərək özünü yandırdı-Yenilənib

img

27-01-2014 [12:32]


Yevlax rayonunda əlili özünü yandırıb. Bu barədə facebook sosial şəbəkəsində məlumat yayılıb. 

Yevlax sakini Nizami Kərimov Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Yevlax şöbəsinin qarşısında üstünə benzin töküb özünü yandırıb.

*** 

Yevlax rayonunda özünü yandıran əlilin bacısı danışıb. Özünü yandıran Nizami Kərimovun bacısı Rəbiyyə Kərimova "Axar.az"a bildirib ki, Nizami həm də şəhid qardaşıdır: "Nizami kasıb adamdır. Üç övlad atasıdır. Sosial Müdafiə Mərkəzinə müavinət üçün müraciət etmişdi. Ordan ona deyiblər ki, müavinətin ilk altı ayının pulu bizə çatacaq, sonra isə sən almağa başlayacaqsan.

Nizami isə onlara deyib ki, yox, mənə təcili olaraq pul lazımdı. Xeyri olmayıb. Buna görə də o əsəbiləşib və özünü yandırıb. Onu da deyim ki, bizim qardaşımız Fəxrəddin Qarabağ döyüşlərində şəhid olub. İndi də Nizami belə oldu. Həkimlə danışdıq, dedi ki, o, ikinci dərəcəli yanıq xəsarəti alıb. Yaşayıb-yaşamayacağı belə sual altındadır. Hələlik dəqiq bir söz deyə bilmərəm".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA