Hava ilə bağlı işçilərə xəbərdarlıq olunub
23-06-2021 [16:16]
Son vaxtlar ölkə ərazisində davam edən anomal isti hava şəraitində işçilərin işə cəlb edilməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) çoxsaylı müraciətlər daxil olur.
AHİK-dən verilən məlumata görə, Əmək Məcəlləsinə və ona 2 saylı “Əlavə”yə əsasən, havanın temperaturu +41 dərəcə selsidən (2009-cu ilədək 45 dərəcə idi) çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.
Qeyd olunub ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir: "İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İstehsal fasiləsiz xarakter daşıdıqda müəssisədə işi dayandırmaq mümkün olmur. Bu zaman həmkarlar ittifaqının razılığı ilə işəgötürən tərəfindən bir-birini əvəz edən növbələr müəyyən edilməlidir.
İşlərin dayandırılması, işçilərə fasilələr verilməsi, fasilələrin sayı və müddəti işəgötürənlə həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə müəyyən edilir. Məcəllənin 222-ci maddəsinə əsasən, ilin isti vaxtlarında açıq havada işləyənlərin fasilələr zamanı istirahət etmələri üçün işəgötürən tərəfindən otaqlar hazırlanmalıdır. Əməyin mühafizəsinin təmin edilməsi məqsədilə Əmək Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulub ki, isti hava şəraitində iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu cür hallarda əgər işçi tutduğu vəzifədən aşağı maaşlı işə keçirilərsə, bu zaman onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılmalıdır.
Əmək müqaviləsi bağlanan zaman müqavilədə mütləq işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitində işləməsinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir. Məhz ona görə də Əmək Məcəlləsinə 1-ci əlavə olan “Əmək müqaviləsinin (kontraktın) nümunəvi formasın”da əmək şəraitinin şərtlərinə xüsusi paraqraf ayrılıb. Həmin paraqrafın 4.9 bəndində qeyd edilir ki, işçinin sağlamlığının, əməyin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır. Buna əməl etməyən işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, inzibati məsuliyyətə cəlb edilirlər.
Əmək Məcəlləsinin 209-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması 15 prinsip əsasında həyata keçirilir. Bunlardan biri “işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması” prinsipidir.
Öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən bir təşkilat kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən bu prinsipi əsas götürərək işçilərin həyat və sağlamlığı üçün təhlükə törədə bilən işlərin dayandırılması, fasilələrin sayının və müddətinin müəyyən edilib verilməsinə nail olmaq üçün tədbirlər görülməsi və buna mane olan işəgötürənlər barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməsi üçün sahə həmkarlar ittifaqı respublika komitələrinə hər il xüsusi tapşırıq verilir. Ölkədə havanın isti keçəcəyi ilə bağlı Milli Hidrometeorologiya Departamentinin proqnozuna əsaslanaraq bu ildə üzv təşkilatlara havanın hərarəti 41dərəcəni keçərsə, xidmət sahələrində olan müəssisə və təşkilatlarda açıq havada işlərin dayandırılmasına nəarət edilməsi, günvurma və istivurma hallarının qarşısının alınması üçün qabaqlayıcı profilaktik tədbirlərin görülməsi tövsiyə edilib".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi