"Nəsimi"nin Fəzlullah Nəimisi, “Yeddi oğul istərəm”in Kələntər dayısı... - İsmayıl Osmanlı haqda nələr bilirik? (FOTOLAR)
22-06-2021 [16:59]
Bu gün Azərbaycanın Xalq artisti İsmayıl Osmanlının xatirə günüdür.
Hörmətlə xatırlayaq.
Xalq artisti İSMAYIL OSMANLInın adı gələndə müxtəlif obrazlar silsiləsi yada düşür.
Tamaşaçılar İsmayıl Osmanlını “Yeddi oğul istərəm” filmində oynadığı Kələntər dayı obrazı ilə daha yaxşı tanıyır. Mən isə onu "Mən ki, gözəl deyildim"in Şərif dayısı, "Nəsimi"nin Fəzlullah Nəimisi, "Dəli Kür"ün "Qoy mənim oğlum oxusun" deyən Məmmədəlisi, "Torpaq, Dəniz, Od, Səma"nın Kərim babası.... kimi çox sevirəm.
Aktyorun ömür və sənət yollarına çıxmaqla onun keşməkeşli illər yola saldığını bir daha görə bilərik.
İsmayıl Osman oğlu Osmanlı 1902-ci il aprel ayının 11-də qədim Nuxada (indiki Şəki) kasıb bir ailədə dünyaya göz açıb. On bir yaşında olarkən atası Osmanı itirib və yetimliyin acısını dadıb. Məhz buna görə də, mükəmməl təhsil ala bilməyən İsmayıl Şəki İpək Fabrikində, dabbaqxanada... min bir əziyyətli işlərdə çalışıb. Təbiətən çox şux görünən və məşhur Şəki lətifələri söyləməyi xoşlayan İsmayıl özünü daim səhnədə, tamaşaçılar qarşısında təsəvvür edir və bununla o, keçirdiyi əzablı, məşəqqətli günlərin ağrı-acılarını sadəcə yüngülləşdirirdi.
Arzuları çox olsa da, can atdığı və çatmaq istədiyi yalnız səhnəyə çıxmaq idi. Odur ki, 1920-ci ildə o, Şəkidəki fəhlə-kəndli klubunda fəaliyyət göstərən, həvəskar aktyorları bir məram ətrafına toplayan dram dərnəyinə üzv yazılıb. İki ildən sonra Gəncəyə köçüblər və o, altı il buradakı həvəskarlar teatrında çalışıb. Təbii ki, o burada aktyorluq sənətinin incəliklərinə müəyyən qədər bələd olub və tanınmağa başlayıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alması da məhz tanınması ilə əlaqədar olub. Həvəskar aktyorun Tiflis həyatı çox çəkməyib. Bakıda fəaliyyət göstərən Milli Dram Teatrının truppasına qəbul olan İsmayıl Osmanlı ömrünün və fəaliyyətinin sonuna kimi bu qocaman və akademik sənət ocağında yorulmadan çalışıb.
Sənətin sönməyən ulduzu
Aktyorluq sənətinə məhəbbəti və sədaqətli xidməti onu qısa müddət ərzində tamaşaçılara sevdirib. Bir çox sənət fədailərindən fərqli olaraq, İsmayıl Osmanlının obrazlar qalereyası rəngarəngliyi ilə seçilir. O, faciə janrında xarakterik obrazları necə yaradıbsa, dramatik, yaxud komik və yumorlu surətləri də məhz o cür oynayıb: məhəbbət və "nifrət" ünvanına çevrilib. Yaratdığı obrazlar xarakterlərinə görə bir-birinə bənzəməsə də, onların zahiri görünüşlərində bir eynilik var: ipək yumşaqlığı, həlim, zəif, utancaq, imkansız, əlacsız, kimsəsiz, - əli yerdən-göydən üzülən və s.
Bu "yetimlər" sanki İsmayıl Osmanlının boyuna və xarakterinə biçilmişdir.
Sonralar ustadın rolları təhlil olunarkən teatrşünaslar göstərdilər ki, onun yaratdığı obrazlar və belə deyək, tiplər geyimlərində müxtəlif olsalar da, xaraktercə bir eynilik daşıyırlar. Aktyorun sənətkarlığı bir anın içərisində onların "yazıqlıq" pərdəsinı açıb iç üzünü göstərir.
İsmayıl Osmanlı hərdən səhnənin Bəhlul Danəndəsi olur, Şəkidə öz baməzəliyi ilə ad çıxarmış məşhur "Hacı dayı"ya da çevrilır. O, obrazdan-obraza başqalaşmağı bacarır və buna görə də müxtəlif xarakterlər yaradırdı.
İsmayıl Osmanlının müqtədir sənətkar kimi yaddaşlarda əbədi yaşayacağına əminlik gətirən əsaslar az deyil. Müdrik obrazlar silsiləsi yaradan İsmayıl Osmanlının obrazlar qalereyası o qədər zəngin idi ki, əslində, onun soyadı diqqət cəlb etmirdi. Belə demək mümkünsə, İsmayıl Osmanlı daha çox Kələntər dayı, yaxud Novruzəlisi ilə yadda qalırdı.
Kipriklərıni bir-birinə yaxınlaşdırıb xırda, gözlərıni yığardı, dodaqları "qaçardı", arıq üzünə bir nur ələnərdi: məlum eləməzdi ki, içində ağlayıb gülümsünür, yoxsa sevinir. Onun yaradıcılığı ilə tanış olanlar zavallı Novruzəlini ("Poçt qutusu") və Kələntər lələni ("Yeddi oğul istərəm") yaxşı xatırlayırlar. Necə də uğurlu ekran qəhrəmanlarıdır!
Aktyorun, nəinki təkcə istehzası, zarafatı, məzəsi və yaxud rəhmi, onun "zəhmi" belə xəfif, incə, yumşaq təbəssümündə açıq-aşkar hiss olunurdu. Yaratdığı "Danabaş kəndinin əhvalatları"nın Novruzəlisi ilə "Yeddi oğul istərəm"in Kələntər dayısının baxışlarındakı üzüntülər eyni olsa da, onların daxili aləminin kəskin təzadları İsmayıl Osmanlının sənətkarlıq manerası ilə açılır.
Bu ölməz aktyorun mimikaları onun sənətkarlıq maskası idi. Bu maska arxasında təbəssüm də var idi, uf demədən gənc Cəlala tuşlanan güllənin tətiyini çəkən barmaq da.
Tənqidçilər və teatrşünaslar çox haqlı olaraq onun yaradıcılığının iki qütb arasında bölündüyünü qeyd edirlər: birində Kələntər dayı, Novruzəli, Şahbazov, Məşədi Oruc, digərində isə Fəzlullah Nəimi, Əbdül əmi, Kərim Rəhimli... kimi obrazlar dayanır. İsmayıl Osmanlı Keçəl Aslan, Fon Hols, Saliko, Şeyx Hadi, Əmrah, Munis, Əliş, Məşədi Cəfər, Mirzə Qərənfil, Xəlil, Qasım, Xaspolad, Mirzə Cavad, Koxa Məmməd, Kələntər dayı, Cəbi kimi obrazları yaratmaq üçün S.Vurğunun "Xanlar", "İnsan", "Vaqif", Ə.Haqverdiyevin "Pəri cadu", H.Cavidin "Şeyx Sənan", "Səyavuş", "Knyaz", C.Məmmədquluzadənin "Ölülər" və digər əsərlərinə müraciət edib.
Təbii ki, ölməz sənətkarın oynadığı rollar, yaxud müraciət etdiyi əsərlər yalnız adlarını çəkdiyimiz deyil. Xüsusən, ekran əsərlərində özünü daha çox sınayan Xalq artisti İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsalı olan "Bir məhəlləli iki oğlan", "Kəndlilər", "O olmasın, bu olsun", "Yenilməz batalyon", "Ulduzlar sönmür", "Tütək səsi", "26-lar", "Mən ki gözəl deyildim" və digər filmlərdə yaratdığı yaddaqalan obrazlar müəllifi kimi də tanınır.
Son söz yerinə:
İsmayıl Osmanlı sadə, istiqanlı, xüsusilə, gənclərə böyük hörmət bəsləyən duzlu yumoru olan insan olub. Gənclər də ona çox böyük hörmət edirmişlər. Və onu hər zaman İsmayıl dayı deyə çağırırmışlar.
Azərbaycanın Xalq artisti Rafiq Əzimovun sözlərinə görə bir dəfə teatrda olan zaman o, İsmayıl dayının öz qrim otağında bərk əsəbləşdiyini, öz-özünə deyindiyini eşidir. Bunun səbəbini xəbər alanda, İsmayı Osmanlı deyir ki, mənim başıma gör nə oyun açıblar. Kələntər dayı obrazına görə tamaşaçılar camaat mənə təhqir dolu məktublar yazırlar.
Azərbaycanın Əməkdar artisi, Cəlal abrazının yaradıcısı kino-aktyor Ənvər Həsənov isə həmin məqamı belə xatırlayır: “İsmayıl dayı məni gördü. Ağlaya-ağlaya üstümə gəlib məni qucaqlayıb dedi: "Ay Ənvər, sən məni öldürdün. Mən nə qələt elədim ki, o obrazı yaratdım. Mən tamaşaçıların əlindən küçəyə çıxa bilmirəm”".
Lakin sonralar hər şey unudulur. Amma sənət aləmi və aktyorun özü də Kələntər obrazının kino tarixində özünəməxsus yeri olmasını anlayır.
İsmayıl Osmanlının teatrda son işi Nodar Dumbadzenin "Darıxma, ana” pyesindəki İsidor Cakeli obrazı oldu...
Azərbaycanın Xalq artisti İsmayıl Osmanlının işıqlı ömür yolu sonrakı aktyorlar nəsli üçün örnəyə çevrildi. O təkcə sevimli tamaşaçılarının məhəbbətini qazanmadı. Teatr və kino sahəsində göstərdiyi xidmətə görə dövlət tərəfindən yüksək qiymətləndirilən sənətkarlardan biri kimi tanındı.
O, 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1949-cu ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 1974-cü ildən isə keçmiş SSRİ-nin Xalq artisti fəxri adını daşıyan İsmayıl Osmanlı 22 iyun 1978-ci il tarixdə vəfat etmişdir.
Məzarı Fəxri Xiyabandadır.
Böyük aktyorun işıqlı xatirəsi, yaratdığı maraqlı obrazlar heç vaxt unudulmayacaq, həmişə xatırlanacaqdır...
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi