"Sedat Peker son anda başa düşdü ki..." - Mafiya lideri qəfil niyə susdu?
22-06-2021 [16:20]
Bir müddət öncə yayımladığı qalmaqallı videoçıxışları ilə gündəmə gələn Türkiyənin tanınmış iş adamı, “yeraltı dünya”nın liderlərindən olan Sedat Peker son günlər “xainliyinə” ara verib.
Hansı ki, Sedat Peker çıxışlarında sona qədər gedəcəyini bəyan edirdi. Nə baş verdi, o “ağıllandı”, yoxsa digər səbəblər var?
Mafioz bununla bağlı açıqlama yayıb və deyib ki, təhlükəsizliyi ilə əlaqədar problem yaranıb, ona görə açıqlamaları müvəqqəti dayandırıb.
Bəs gerçək nədir? Nə ola bilər? Onu nə gözləyir? Anlaşsa belə, həbsdən sığortalana biləcəkmi?
Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Sedat Pekerin salamat qalması müqabilində susması mümkündür: “Belə situasiyalarda bir sıra variantlar olur. Bu işin başında duran, yəni Sedat Pekerin özü belə bir vəziyyətdə bilir ki, istənilən hakimiyyətə, dövlətə sonunda məğlub olacaq. O, davam etsəydi, aradan götürülə bilərdi. Burada da heç kəs dövləti, hakimiyyəti qınamayacaqdı. Çünki bir cinayətkar aləmin nüfuzlu şəxsinin dövlətə meydan oxumasını hətta o hakimiyyətdən narazı olanlar belə istəməz.
Səhəri gün belə şəxslər başqa bir hakimiyyətə də meydan oxuyacaqlar. Bu nöqteyi-nəzərdən Sedat Peker salamat qalması üçün hər şeyi dayandırıb. O elə bilirdi ki, inqilab edəcək. Amma onun ”inqilabı” uzaqbaşı yayımladığı videoçıxışlarına milyonların baxması oldu. Başqa heç nə əldə edə bilmədi. Kiməsə zərər gətirə bilər. Amma nəzərə alın ki, bu, Türkiyə cəmiyyətidir. Belə cəmiyyətlərdə də bu cür məsələlər heç də uzun müddət şok effekti yaratmır. Hesab edirəm ki, Sedat Peker son anda başa düşdü ki, milyonların baxması ilə bir məsələnin həllini tapması tamam başqa məsələlərdir. O qədər adam baxsın ki, nə mənası var? Hətta bundan sonra inanmıram ki, onda şok effekti yaradan informasiyalar qalmış olsun”/Azinforum.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi