Yaşar Cəfərli istefa verib

img

27-01-2014 [11:14]


"Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri, QHT-lərin "Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf” Koalisiyasının ("SeDEP” QHT-lər koalisiyası) prezidenti Yaşar Cəfərli istefa verib.

Yaşar Cəfərli QHT-lərin "Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf” koalisiyasının prezidenti vəzifəsindən istefa verib.

Bununla bağlı Y.Cəfərli bəyanat yayıb. Bəyanatda o, bildirib ki, bu il fevralın 27-də 50 yaşı tamam olur: "Dost-tanış da bilir ki, mən təşkilat rəhbəri və koalisiya koordinatoru olaraq ictimai fəaliyyətimi 50 yaşım tamam olan gün dayandıracağımı söz vermişdim. 28 fefral 2014-cü il tarixindən etibarən "Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri, QHT-lərin "Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf” Koalisiyasının ("SeDEP” QHT-lər koalisiyası) prezidenti olaraq ictimai fəaliyyətimi dayandıracağımı bəyan edirəm”.

Y.Cəfərli istefa verməsinin səbəbini uzun müddət eyni işlə məşğul olması ilə izah edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA