Səbaildə məmur lift çəkdirdi, binanın görüntüsü dəyişdı - Qanunsuzluq - Foto

img

27-01-2014 [11:10]


Hələ bir müddət əvvəl ölkədə sensasiya doğuracaq bir hadisə baş vermişdi. Məlum olmuşdu ki, məmurlardan biri yaşadığı binanın 5-ci mərtəbəsinə ayaqla çıxmamaq üçün ora elə binanın çölündən ayrıca lift çəkdirib. İlk baxışdan bunun qeyri-adi bir olayı olduğu diqqəti çəkməsə də, işə yaxından bələd olduqda belə məlum olmuşdu ki, həmin məmur lifti çəkdirdikdən sonra, onun qapısının açarını da özü ilə götürərək, digərlərinə ondan istifadə etməsinə imkan verməyib. 

Lakin bilinən odur ki, belə hadisə təkcə bir dəfə yaşanmayıb. JAM.AZ-a məlumat verən vətəndaşların bildirdiyinə görə, anloji hal Bakı şəhəri, Səbayel rayonu, Üzeyir Hacıbəyov küçəsi 23-də də yaşanır. Onların bildirdiyinə görə, həmin binaya da çöldən lift çəkilib və bunu təşkil edən şəxs başqalarının ondan istifadə etməsinə imkan vermir. Üstəlik, bu işi görən şəxs dövlət məmurudur və o səbəbdən də kimsənin şikayətinə məhəl qoyulmur.

Onu da qeyd edək ki, belə hallar qanunsuzdur, binanın təhlükəsizliyi ilə bərabər görüntüsünə də uyğun deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA