Ceyhun Bayramov Baş nazirin müavini ilə nələri müzakirə edib? - XİN-dən açıqlama
21-06-2021 [15:38]
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Mia.az-a bildirilib ki, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə iki ölkənin ikitərəfli və çoxtərəfli formatlarda səmərəli əməkdaşlığı, habelə regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək əlaqələrini qeyd edərək, möhkəm təməl üzərində qurulan Azərbaycan və Qazaxıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.
Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi qardaş Azərbaycana səfərdən məmnunluq ifadə edərək, dövlət başçısı ilə keçirilmiş görüşə və aparılmış hərtərəfli və məhsuldar fikir mübadiləsinə istinad etdi. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun əhəmiyyətini vurğulayıb.
Nazirlər iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini müzakirə ediblər. Pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması ilə iqtisadi-ticarət əlaqələrində artımın əldə olunması üçün müvafiq addımların atılmasının, xüsusilə də ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov Qazax həmkarına bölgədəki münaqişə sonrası vəziyyət, onilliklər ərzində işğal aıtında saxlanılan ərazilərdə məqsədli törədilən dağıntılar, mina təhlükəsi, habelə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.
Nazirlər, beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Türk Şurası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və s. çərçivələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını böyük uğur kimi dəyərləndirən tərəflər, bu xüusda yüksək səviyyəli işçi qrupları çərçivəsində müzakirələrin davam etdirilməsi və Konvensiyanın ratifikasiyasının vacibliyini qeyd ediblər.
Tərəflər arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Gələn il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illinin qeyd olunacağını diqqətə alaraq, Nazir Tileuberdi Azərbaycanlı həmkarını Qazaxıstana rəsmi səfərə dəvət edib.
Nazir Ceyhun Bayram həmkarının dəvətini məmnunluqla qəbul edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi