EVLİ QADININ "EVİNİ YIXMAQ"DA İTTİHAM OLUNAN DEPUTAT: "Mənim 3 dəfə, hər iki ildən bir profilimi sındırıblar" - Müsahibə
18-06-2021 [18:59]
Millət vəkili Elman Nəsirovla bağlı günlərdir sosial şəbəkələrdə, bir sıra saytlarda qalmaqallı xəbərlər yayılır.
Belə ki, deputatın öz tələbəsi ilə eşq yaşadığı, evli xanımın ailəsini dağıtdığı iddia edilir.
Mia.az xəbər verir ki, cəmiyyətdə ciddi narazılıq yaradan bu qalmaqallı iddia ilə bağlı deputat Elman Nəsirov Manşet.az-ın suallarını cavablandırıb.
-Elman müəllim xanım tələbənizlə bağlı yayılan xəbərlərə münasibətiniz necədir?
-Tələbəm deyil, Qərb universitetində oxuyub o xanım. Boş söhbətlərdir. Demişəm, tapsınlar xanımın özünü, reaksiya versin.
- Sizin evli xanımla yazışdığınız iddia olunur. Yayılan məlumat doğrudur?
- Bunlar hamısı yalan məlumatdır, "fiktivni”dir. Kişi manyakdır, onun əri narkomandır. Qadın məhkəmədə iddia qaldırıb, əmlak bölgüsü tələb edir. Xanım ondan çoxdan ayrılıb. Bu kişi də istəyir ki, keçmiş arvadını əxlaqsız çıxarsın, uşaqlarını əlindən alsın. İddiası olmasın. Belə ər olar, belə kişi olar? Qadın parlamentə müraciət edib, biz də Ədliyyə nazirliyinə göndərmişik. Baxılar və cəzalandırarlar.
- Konkret mesajların sizin profilinzdən yazıldığı bildirilir. Bu barədə nə deyə bilərsiniz?
- Mənim profilim olmayıb.
- Hamı o yazışmaların sizin profilinizdən göndərildiyini deyir. Bu necə olur?
- Bu mövzu haqda danışmaq istəmirəm. Qadın danışanda məsələyə aydınlıq gələcək .
- Burda sizə qarşı ciddi ittiham var. Bu barədə fikirləriniz maraqlıdır.
- Burda ciddi ittiham yoxdur. Mən deputatam. Mənə məktub göndəriblər. Mən də göndərmişəm baxılması üçün. Qadın danışsın, sonra bəlli olacaq ki, bu dözülməz şəraitdə yaşayıb. Manyakdır, uşaq döyüb. Kimə qarşı qadın şikayət etsə, onu ittiham eləyir. Bax belə… Mənim 3 dəfə, hər iki ildən bir profilimi sındırıblar. Saxta profil açıblar.
- Adıçəkilən adam sizi bununla bağlı məhkəməyə verib?
-Yox, qətiyyən. Siz nə danışırsınız. Bu adam dözülməz bir adam olub. Qadın onu məhkəməyə verib. Hazırda onların Suraxanıda məhkəməsi gedir.
- Elman müəllim, qadının əri iddia edir ki, sizinlə yazışmasını tutandan sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Bu barədə nə söyləyə bilərsiniz?
- Qadının yazdığna görə, bunlar çoxdan ayrılıblar. İş məhkəmədədir. Qadına hazırda zəng çatmır ki, bunlara cavab versin. Siz təsəvvür edin, əgər o qadın jurnalist kimi sizə müraciət etsə, ona kömək edin. Onda oğlan sizi ittiham edəcək ki, jurnalistlə görüşürsən. Özü də həmin adam haqda narkoman, aqressiv, hakimiyyəti pisləyən, evdə də ancaq bu ruhda danışırlar.
- Belə məlumatlar var ki, Milli Məclisin İntizam Komisiyyası sizin bu məsələyə baxacaq. Bu məlumat doğrudur?
-Bu, yalan məlumatdır. Belə bir məlumat yoxdur.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi