Eldar Mirzəliyev: "Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi"
18-06-2021 [18:49]
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi kökləri var. Təəssüf ki, Azərbaycan SSRİ-nin tərkibində olan zaman xarici siyasətini özü tənzimləmədiyi üçün bu münasbətlərdə soyuqluq yaranmışdır.
Lakin buna baxmayaraq Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olmuş və çətin günlərində dəstəkləmişdir. Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşmüş, Çanaqqalada Azərbaycandan gedən igidlər Anadolunun dəliqanlıları ilə birlikdə mübarizə aparıb, şəhadətə ucalmış, zəfər qazanmışdır. Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi ilə azərbaycanlı qardaşlarının köməyinə gəlmişdir.
Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlət məhz Türkiyə olmuşdur. Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr isə 1992-ci ildə yaradılmışdır. Bu gün isə Azərbaycan - Türkiyə münasibətləri özünün ən yüksək zirvəsindədir. Müqəddəs Vətən müharibəsi dövründə də Türkiyənin həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer alması, erməni işğalından azad olunan torpaqlarımızda ilk rəsmi səfərdə olan dövlət başçısının məhz Türkiyə Republikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın olması bunun bariz nümunəsidir.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələrini xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirən iki liderin bu dəfəki görüşü əhəmiyyətli hadisə kimi tarixə düşdü.
Bu görüşün məhz Pənahəli xan diyarı, Molla Pənah Vaqifin, Xurşidbanu Natavanın, Bülübülün və digər ustadların ruhunun yaşadığı Şuşada baş tutmasının və Şuşa Bəyannaməsinin imzalanmasının xüsusi tarixi əhəmiyyəti və mənası vardır.
44 günlük Vətən müharibəsində qazandığımız Qarabağ Zəfəri dünyada və regionda yeni reallıq yaratdı. Zaman keçdikcə bu reallıq daha aydın görünəcək, həm region, həm də dünya ölkələri bundan faydalanacaqdır.
Münaqişənin bitməsi yenidən başlama təhlükəsinin olmaması anlamına gəlmir. Ermənistan tərəfində buna cəhd göstərən, revanşist qüvvələrin mövcudluğu bütün dünyaya bəllidir. Lakin Azərbaycan atdığı addımlarla, yürütdüyü siyasətlə regiondakı sabitliyi, əmin – amanlığı qoruyur və regionda uzun müddət davam edəcək sülh və inkişaf yolu yaradır.
Tezliklə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, qonşu ölkələrin qarşılıqlı əməkdaşlığı regionda yeni inkişafın başlanğıcı olacaqdır. Bu inkişaf Ermənistan üçün də yeni dövrün başlanğıcı ola bilər. Bunun üçün də Ermənistan qalib ölkə Azərbaycanın bütün tələbləri ilə razılaşmalı və ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmalıdır.
Həmçinin iki qardaş ölkə imzalanan Müttəfiqlik haqqında bəyannamə ilə Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir daha bütün dünyaya bəyan etdi. Bu bəyannamə ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi və iki ölkə arasındakı münasibətlərin yeni mərhələsi başlamış oldu.
Qarabağı işğaldan azad edən Azərbaycan xalqı tarixi ədaləti bərpa edib. Bütün bu proseslərdə Azərbaycanın haqq səsini dünyaya çatdıran və dəstək olan Türkiyə işğaldan azad olunmuş ərazilərin, erməni vandalizmə məruz qalmış binaların, Azərbaycana məxsus tarixi abidələrin, Azərbaycan mədəniyyətinə aid maddi-mənəvi sərvətlərin bərpası zamanı da yanımızda olacaq, həm də keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına töhfə verəcəkdir.
Dünən, bu gün olduğu kimi gələcəkdə də bu iki xalq bərabər olacaqdır.
Eldar Mirzəliyev,
Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Məsələləri Daimi Komissiyasının sədri
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi