Korpus komandirlərinin səlahiyyəti artdı, hərbi hissə yerdəyişmələri oldu

img

26-01-2014 [23:29]


Müdafiə Nazirliyində ştat-struktur dəyişiklikləri nəticəsində bir sıra vəzifələrə əlavə səlahiyyətlər verilib.

Mia.az xəbər verir ki, bu barədə "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sorğusuna "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranları” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev cavab olaraq bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin səlahiyyətləri artırılıb, beləliklə, indi o, polkovnik-leytenant rütbəsinə qədər kadrların yerlərini dəyişə bilər və hərbi rütbələr verə bilər. Bundan başqa Müdafiə Nazirliyi tərəfindən Korpus komandirlərinin Əbiyev dövründə əllərindən alınmış səlahiyyətləri qaytarılıb. "Belə ki, artıq onlar kapitan rütbələrinə qədər qədər kadrların yerlərini dəyişə bilər və hərbi rütbələr verə bilər”, – deyə D.Əliyev bildirib.

Bununla yanaşı, müddətdən artıq hərbi qulluqçuların hazırlanması proseduru Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzindən çıxarılaraq Korpus Komandirlərinə həvalə olunub. D.Əliyevin sözlərinə görə, daha bir yenilik hərbi hissələrdə ştat-struktur islahatları ilə bağlıdır. "Hərbi kolletivlərdə mənəvi -psixoloji vəziyyəti sağlamlaşdırmaq və xidməti mühiti stabilləşdirmək, maddi-texniki təminatı yaxşılaşdırmaq üçün, xoşa gəlməz halların qarşısını almaq məqsədi ilə 1 yanvar 2014-cü il tarixindən hərbi hissələrin ştatında dəyişilik edilərək komandirlərin tərbiyəvi işlər və maddi təminat üzrə müavinləri vəzifələri yenidən fəaliyyətə başlayıb”, – deyə o qeyd edib.

D.Əliyev qeyd edib ki, paytaxtda və digər rayon mərkəzlərində yerləşən Sovetlər dönəmindən qalan hərbi hissələr kimi tanınan və Müdafiə Nazirliyinin müxtəlif qoşun növlərinə aid olan, korrupsiya-rüşvətxorluq mənbəyi olan bir neçə hərbi hissə ləğv edilib və bir neçəsinin yerləri dəyişdirilib. "Hesab edirəm ki, həm əməliyyat baxımından, həm də ümumi mühütün sağlamlaşdırılması naminə vaxtında qəbul edilmiş düzgün qərarlardır”, – deyə, o, qeyd edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA