İcra başçısından şəhidlərə sayğısızlıq və ya Səlim Müslümov məmurların kələyini necə ifşa edib?

img

26-01-2014 [20:25]



Yüzlərlə müxalifətçini və rayon sakinlərini şəhidlər Xiyabanında görən başçı V.Hacıyev qəzəblənib. İstirahətdən həmin gün qayıdan başçı matəm mitinqində qəzəblə bildirib ki, "bütün faciələrimizin baiskarı AXC-Müsavat cütlüyüdür, Qarabağı yalnız İlham Əliyevazad edə bilər”. Ölkənin problemlərinin gerçək baiskarı hər kəsə bəllidir. Heç İmişli şəhərinin arxitektura görünüşünü, baş planını məhv edən də müxalifət yox, şəxsən icra başçısının özüdür. İmişlidə M.Ə Sabir adına park artıq yoxdur, Heydər Əliyev adına parkı "VİLƏŞ-MMC-yə otel, şadlıq sarayı, çayxanalar tikmək üçün "bağışlanıb”.

Şəhər ərazisində sabiq icra başçısı Xanhüseyin Bəylərov tərəfindən 20 yanvar şəhidlərinə ucaldılan abidəni V.Hacıyev yerlə-yeksan etdirib. Məktəblilər bu il də abidənin boş, dağıdılmış yerinə qərənfillər düzüblər. Uzun illər İmişlilərin qan yaddaşından həmin abidənin dağılması silinməyəcək. Eləcə də 26 fevral Xocalı-31 mart Soyqırım abidəsini keçmiş başçı Vidadi Quliyev arxitektorlara ucaltdırmışdı. V.Hacıyev həmin abidəni də yerlə-yeksan etdirdi. İmişli Şəhidlər Xiyabanının ərazisi də satıblar.

...Həmin gün şəhid anası Cəvahir Sultanova üsyan edirdi, Qarabağ əlilləri isə ev siyahısına görə "Azadlıq” radiosuna danışırdılar. ƏƏSMN naziri Səlim Müslümova ev siyahısını açıqladığı üçün təşəkkür düşür. Elə adamların adları siyahıda var ki, döyüş görməyib, adam xəcalət cəkir. İcra hakimiyyətinin rəsmisi Rahim Zahidov isə "Azadliq” radiosuna deyir ki,”texniki səhvdir”. Halbuki, "Texniki səhvin” hər birinin qiyməti var. Burada ən maraqlı məqamlardan birii isə S.Müslümovun açıqladığı siyahıda 35-ci yerdə Bədirov Rafiq Mütəllim oğlu (Hacı Mütəllim rayon Su-Kanal İdarəsinin rəisidir), Zahidov Mənsur Rahim oğlu isə 63-cüdür(demokratiya.info).

Yeri gəlmişkən, yazıda yer alan foto icra başçısı Vilyam Hacıyevindir. Bu şəkil çəkiləndə, o, başçı olmayıb. Fotodan da görünür ki, V.Hacıyev yaxın keçmişdəki xarici görkəmindən başçı təyiin olunduqdan sonra xeyli fərqlənir... 

Vilyam Hacıyev və onun əməlləri ilə mia.az-a çox maraqlı məlumatlar daxil olub. Həmin məlumatlarla bağlı araşdırmalarımız olacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA