Beyləqan Təhsil Şöbəsinin müdiri ilə bağlı xoşagəlməz xəbər yayılıb

img

26-01-2014 [20:21]


Təhsil işçilərinin, müəllimlərin etik davranış kodeksindən danışmaq artıq söhbətdir. Çünki hamıya, bütün başqa peşələrin sahiblərinə etika öyrədən, tərbiyə verən məhz müəllimlərdir. Hərçənd, müəllimlərin etik davranış qaydalarının qəbul edilməsi Azərbaycan Respublikasının «Milli Strategiya və Fəaliyyət Planı»nın tərkib hissəsi olaraq (maddə 21.3) Təhsil Nazirliyinin qarşısına vəzifə kimi qoyulmuşdur.

Günümüzün reallığıdır ki, məktəbə yarıçılpaq gələn, bədənində döymə olan müəllimlər var. Müəllimlər üçün vahid geyim formasının tətbiq olunmasının vacibliyi barədə söhbətlər də məhz bu zərurətdən ortaya çıxmışdı. Lakin rəsmi qərar olmadı, yalnız tövsiyələr səsləndi ki, qadın müəllimlərin şalvar geyməsi qeyri-məqbuldur. Lakin gerçəklik budur ki, nəinki paytaxtda, hətta peyğəmbər yurdu sayılan qədim Beyləqan əyalətində belə şalvar geyinən müəllimlər var və onların işi etik tövsiyələrə əməl edən həmkarlarının işindən yaxşı gedir. Məsələn, Beyləqan Rayon Təhsil Şöbəsinin metodisti işləmiş Günel Quliyeva ərindən boşanandan və əyninə şalvar geyməyə başlayandan sonra karyerada yüksəliş yolunu seçdi. Rayon Təhsil Şöbəsinin müdiri, xasiyyətcə çox humanist olan Tofiq Sadıqovun Günel xanıma yazığı gəldi və onun maddi vəziyyətinin yaxşılaşdırılması üçün lazımi köməkliyini göstərdi. Pedaqoji təcrübəsi olmayan G.Quliyevanın Mayak kənd orta məktəbinə müəllim vəzifəsinə təyin olunması, onun karyerada irəliləməsi üçün əhəmiyyətli pillədir. Əslində Günel müəlliməyə maddi və mənəvi dəstək verməyi öz qarşısına məqsəd qoyan RTŞ müdiri üçün onun pedaqoji təcrübə toplaması elə də önəm daşımır. Etibarlı mənbədən aldığımız məlumata görə, Quliyevanın növbəti pillə olaraq, direktor müavini, sonra da direktor vəzifəsinə yiyələnməsi üçün plan qurulub. «Xudahafiz» deyiləcək direktora da necə «torba tikiləcəyi qabaqcadan düşünülüb. Günel xanım öz davranışları, uşaqlarla rəftarı ilə də öz ambisiyalarını ifşa edir. Belə ki, məktəblilərlə kobud davranan Quliyeva tez-tez «mən direktor olsam, sizə belə edərəm, darıxmayın, görərsiniz» - kimi hədə ehtiva edən ifadələr işlədir. Təbii ki, bütün bunlar şagirdlərin tərbiyəsinə mənfi təsir göstərir.(olaytv)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA