Əlilliyin müəyyən olunması və müddəti ilə bağlı yeni qaydalar hazırlanıb - Detallar
18-06-2021 [10:34]
Müddət müəyyənləşdirilməklə təyin olunmuş insan orqanizminin funksiyalarının itirilməsi 31-60% aralığında ardıcıl olaraq 15 il, 61-80% aralığında ardıcıl olaraq 10 il və 81-100% aralığında ardıcıl olaraq 4 il müddətindən sonra müddətsiz təyin olunacaq.
Bu, “Əlilliyin müəyyən olunması Meyarları”nda əksini tapıb.
Qeyd olunub ki, bu Meyarların təsdiq edildiyi günədək əlillik təyin edilmiş şəxslərin əlillik müddətləri yuxarıda qeyd edilmiş müddətlərə daxil edilir.
İnsan orqanizminin funksiyalarının sabit pozuntusunun ağırlıq dərəcəsindən asılı olmayaraq, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarla müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin ediləcək/APA.
Bundan başqa əlilliyin müəyyən olunması zamanı iki amil nəzərə alınacaq.
Belə ki, əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən hazırlanıb və xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasına səbəb olan insan orqanizmi funksiyalarının itirilməsi ilə bağlı əlilliyin müəyyən olunması üzrə məsələləri tənzimləyir.
Əlilliyin müəyyən olunması zamanı aşağıdakı iki amil nəzərə alınır:
- vətəndaşların tibbi-sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin müəyyən olunması üçün əsas götürülməklə, xəstəlik, zədə və çatışmazlıqlar və
onların təzahür dərəcələri, eləcə də insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşması dərəcələri;
- vətəndaşların tibbi-sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin təyinatı üçün əsasları müəyyənləşdirən insan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli.
Qeyd edək ki, Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması Meyarları”nı təsdiqlədikdən sonra “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ləğv ediləcək.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi