26-01-2014 [15:45]
Bu gün Azərbaycanın xalq artisti, "estradamızın superstarı” və "divası” adlandırılan, tez-tez qalmaqallarla mətbuatın diqqət mərkəzində qalan Aygün Kazımovanın doğum günüdür. Müğənni 43 yaşını tamam edib.
Modern.az-ın məlumatına görə, Aygün Kazımova 1971-ci il yanvarın 26-da anadan olub. Azərbaycan pop musiqisi janrında ən parlaq ifaçılardandır. Aygün ilk dəfə professional səhnəyə 1988-ci ildə "Bakı Payızı" yarışmasında çıxıb. Elə ilk mükafatı da orada qazanıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub.
Dəfələrlə müxtəlif nominasiyalar üzrə "Qrand” milli mükafatına layiq görülüb. 15-dən çox diski işıq üzü görüb. 2001-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2009-cu ildə isə Azərbaycan Respublikasının xalq artisti adlarına layiq görülüb. Onun sevimli müəllimləri Vaqif Gərayzadə, Eldar Mansurov, Cavanşir Quliyev olub.
Aygün Kazımova dəfələrlə həm Azərbaycanda, həm də ölkədən kənarda konsertlər verib. Onlardan ən məşhuru 2006-da Moskvada Dövlət Kreml sarayında təşkil olunan konsertdir.
Bunlardan savayı, Aygün xeyriyyə konsertləri də verib 2005-ci ildə Aygün Kazımova rejissor Arif Qazıyevin "Xarı Bülbüllər" musiqili filmində baş rola çəkilib. Həmçinin Best Model of Azərbaycanın rəhbəri vəzifəsində də iştirak edib.
Aygün Kazımova 1989-cu ildə ailəsindən xəbərsiz İlqar İbrahimov adlı sevdiyi oğlana qoşulub qaçıb. A.Kazımovanın bu evliliyindən İlqarə adında bir qızı dünyaya gəlib. Lakin müğənni sonradan İlqardan ayrılıb.
Daha sonra onun keçmiş spiker Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyevlə qeyri-rəsmi birgə yaşadığı bildirilir. Məhz R.Quliyevin qadağalarına görə, həmin müddətdə A.Kazımova sənətdən ayrı düşüb. Bir neçə illik qeyri-rəsmi nikah ayrılıqla nəticələnib.
Sonra müğənni meyxana ustası Namiq Qaraçuxurlu ilə birlikdə olub. Onlar bir müddət qeyri-rəsmi olaraq yaşayıblar. Amma bu cütlüyün də ömrü uzun olmayıb və onlar ayrılıblar.
A.Kazımova Namiq Qaraçuxurlu ilə ayrılıqdan sonramətbuata verdiyi açıqlamada yeni sevgisini tapdığını bildirsə də, bunun kim olduğu üzə çıxmayıb.
A.Kazımovanın qızı İlqarə anasının yolunu davam etdirərək müğənniliklə məşğuldur. İlqarə "Eurovision 2011” müsabiqəsinə qatılmaq üçün Azərbaycanda keçirilən milli seçim turlarında iştirak edərək finala çıxan 5 nəfərdən biridir.
Aygün Kazımova Azərbaycanda ən çox plastik əməliyyat keçirən müğənnidir. Hətta bir dəfə növbəti əməliyyatdan sonra mətbuta açıqlamasında iddia edib ki, qabırğalarından ikisini çıxartdırıb...





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi