Bürcləriniz bu günə nələri vəd edir? - Proqnoz

img

26-01-2014 [01:51]


QOÇ - Ulduzların düzümü səfərə çıxmaq üçün münasib vaxt olduğunu bildirir. Maddi durumunuz imkan verirsə, bundan imtina etməyin. Ətrafınızda olan insanları real qiymətləndirməkdə yanılmayın.

BUĞA - Havaların qeyri-sabitliyi sizə mənfi təsir göstərməkdədir. Odur ki, var gücünüzlə sağlamlığınızı qoruyun. Nahardan sonra şəxsi işlərinizdə böyük dəyişikliklər mümkündür.

ƏKİZLƏR - Təzadlı bir gün yaşayacaqsınız. Ətrafınızda cərəyan edən situasiyalar gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. Belə məqamlarda dostlarınızla birgə olmağa çalışın.

XƏRÇƏNG - Özünüzü lovğa və ya təkəbbürlü aparmayın. Bu gün sizə sadə görünmək lazımdır. Bu yolla özünüzə qarşı rəğbət oyada bilərsiniz. Günortadan sonra qarşınıza yaxşı adamlar çıxacaq.

ŞİR - Pulla bağlı problemləriniz olsa da, qalan məsələlərdə ovqatınız xoş olacaq. Xüsusən də münasibətlər zəminində cərəyan edən proseslərdə rahatlıq tapacaqsınız. Uzaq yola çıxmayın.

QIZ - Gün ərzində özünüzü bütünlüklə fəaliyyətə həsr etməlisiniz. Münasibət və alqı-satqı məsələlərinə isə həvəs göstərməyiniz məqsədəuyğun deyil. Axşam işgüzar söhbətlər aparmaq sizə səmərə verəcək.

TƏRƏZİ - İxtiyarınızda olan bu təqvim sizə düşərli olacaq. Çünki ulduzlar xoş ovqat və qazanc əldə edəcəyinizi bildirir. Oturaq işlərə çox da həvəs göstərməyin. Aktivliyinizi artırın.

ƏQRƏB - İkitərəfli əməkdaşlıq çox uğurludur. Əlavə adamlar planlarınızı poza bilər. Tanınmış şəxslərlə əlaqələrinizi dərinləşdirin. Günün ikinci yarısında yeni simalarla görüşləriniz mümkündür.

OXATAN - Bəri başdan nəzərinizə çatdıraq ki, bu gün başlıca vəzifəniz sağlamlığınızı qorumaq olmalıdır. Digər məsələlərə isə ciddi yanaşmağa ehtiyac yoxdur. Əsas gücünüzü istirahətə verin.

OĞLAQ - İxtiyarınızda olan bu təqvimdə heç bir narahatçılığınız gözlənilmir. İşgüzar sövdələşmələrdə iştirak etsəniz, növbəti ayda probleminiz yaranmayacaq. Pulla bağlı ehtiyatlı olun.

SUTÖKƏN - Yaxşı olar ki, bürcünüzün "hakim" olduğu bu ərəfədə hisslərinizi cilovlayasınız. Əks təqdirdə arzulamadığınız qalmaqala tuş gələcəksiniz. Yeni əlaqələr uğurdan xəbər verir.

BALIQLAR - Sürprizlərlə dolu bir gün yaşayacağınız güman olunur. Ola bilsin ki, bu təqvim 2012-ci ilin ilk yaddaqalan tarixinə çevrilsin. Hər cəhətdən buna hazırlaşın. Hər bir prosesə soyuqqanlı yanaşın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA