26-01-2014 [01:34]
"Proseslər belə davam edərsə, insanlar keçmiş nazir Səfər Əbiyevin atasına rəhmət oxuyacaq və onun yenidən vəzifəsinə qayıtmasını tələb etməyə başlayacaqlar. Çünki onun dövründə, bütün nöqsanlara baxmayaraq, ordunun belə parçalanması yox idi…”
Bunları Müdafiə Nazirliyindəki proseslərə dair son açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Bu günlərdə general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin olunmasından, təxminən 3 ay keçir – ilk 100 günlüyü bitmək üzrədir. 100 gün isə, bildiyimiz kimi, dünya praktikasında mühüm post tutan şəxslərin fəaliyyətinin ilkin qiymətləndirilməsi üçün yetərli zaman hesab olunur…
Bu 3 ayın müşahidələri, əldə olunan məlumatların təhlili, götürülən istiqamətə hərtərəfli baxış, təəssüf ki, Z.Həsənovun fəaliyyətinə hərbi ekspert Üzeyir Cəfərəovdan fərqli münasibət göstərilməsinə əsaslar yaratmır. Əksər hərbi ekspertlər, müşahidəçilər yeni müdafiə naziri Zakir Həsənov tərəfindən Müdafiə Nazirliyində aparılan dəyişiklikləri, xüsusən də kadr islahatı kimi təqdim olunan prosesi ciddi narazılıq və nigarançılıqla qarşılayırlar. Bunun Azərbaycan ordusuna sonradan düzəldilməsi çətin olan bötyük zərbələr vuracağı, ölkənin müdafiə qabiliyyətini zəiflədəcəyi qənaətində olanlar da az deyil.
Orduda "kadr islahatları” adı altında qisasçılığa söykənən siyasət aparılır
Bir çoxları bu haqda açıq şəkildə danışmaqdan çəkinsə də, orduda "kadr islahatları” adı altında QISASÇILIĞA SÖYKƏNƏN siyasətin aparıldığını, ordu quruculuğuna böyük zərbələr vurulduğunu yüksək səslə bəyan edənlər də var.
Təsadüfi deyil ki, hətta müdafi naziri olduğu dövrdə Səfər Əbiyevə qarşı açıq mübarizə aparan "Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli də aparılan kadr dəyişikliklərinı sərt şəkildə tənqid edib, bu dəyişikliklərin kənardan yeni rəhbərliyin köhnə rəhbərlikdən qisas alması cəhdi kimi göründüyü vurğulayıb. Y.Cəfərli bu dəyişiklikləri ordunun "KLANLARARASI MÜBARIZƏNIN ALƏTINƏ ÇEVRİLMƏSİ” kimi xarakterizə etməklə yanaşı, ölkənin müdafiə qüdrətinə zərbə vuracağını da vurgulayıb.
Orduda, o cümlədən Müdafiə Naziriyinin rəhbərliyində həyata keçirilən kadr islahatları haqda gələn məlumatlar, təəsüflər olsun ki, bu iddiaları təsdiqləyir.
Baxmayarq ki, Zakir Həsənovun nazir olduqdan az sonra Müdafiə Nazirliyində apardığı kadr dəyişiklikləri ilk dövrlər ordudakı nöqsanları, qanunsuzluqları aradan qaldırmağa, əsgər ölümlərinin qarşısının alınmasına hesablandığı düşünülərək, içtimaiyyət tərəfindən müsbət qarşılanmışdı…
Ancaq sonrakı aylarda niyyətin bu olduğu ciddi şəkildə şübhə altına düşdü. Faktlar göstərdi ki, məqsəd Ordunun idarəçiliyini təkmilləşdirmək, daha peşəkarları vəzifəyə gətirmək deyil, sadəcə sabiq nazir Səfər Əbiyevin dövründə vəzifə tutan və Həsənovun "kriteriyalarına” cavab verməyən (bu "kriteriyalar” barədə aşağıda danışacağıq -müəl) şəxsləri Müdafiə Nazirliyi sistemindən təmizləməkdir. Bu "təmizləmə” isə peşəkar zabitlərin istefaya göndərilməsi, əvəzində hərbi biliklərdən uzaq, ya da əvvəlkilərlə müqayisəyə gəlməyəcək dərəcədə aşağı biliklərə, şübhəli keçmişə malik bir sıra şəxslərin ordu rəhbərliyinə cəlb olunması kimi müəmmalı proseslə müşaiyyət olunur.
Zakir Həsənovun təyinatından sonra əsgər ölümləri daha da artıb!
Bununla bağlı konkret məlumatlara keçməzdən öncə qeyd edək ki, Ordudakı bu cür "kadr islahatları” artıq özünün ilkin ağır nəticələrini verməkdədir. Belə ki, qeyri-peşəkarların yüksək vəzifələrə çəkilməsi Azərbaycan ordusunda ÖLÜM HALLARININ DAHA DA ARTMASINA gətirib çıxarıb.
Xatırlatmağımız yerinə düşər ki, köhnə nazir Səfər Əbiyevə qarşı ittihamların başında məhz Ordudakı müəmmalı əsgər ölümləri gəlirdi.
İndi isə məlum olur ki, Zakir Həsənovun təyinatından sonra əsgər ölümləri nəinki azalıb, əksinə, daha da artıb.
Ancaq qəribə də olsa, vaxtilə Ordudakı hər ölüm faktına görə Səfər Əbiyevi məsul tutan (Haqlı olaraq-müəll), onun istefasını gündəmə gətirən deputatlar, hökumətyönümlü partiya və QHT təmsilçiləri, hətta media, indi demək olar ki, hər gün qeydə alınan bu cür faktlarla bağlı Zakir Həsənovu qınamaq belə istəmir. Bu faktın özü də Səfər Əbiyevə qarşı HÜCUMUN arxasında ucu PREZIDENT ADMINİSTRASIYASINA gedib çıxan müəyyən dairələrin durduğunu təsdiqləyir. Bunun səbəbləri haqda "AzPolitika.info”-da yazı verilib(bax: SƏFƏR ƏBIYEVIN «BÖYÜK XƏYANƏTI» başlıqlı məqaləyə).
İndi sual oluna bilər: Əgər Milli Orduda yaxşılığa doğru heç nə dəyişməyəcəkdisə Səfər Əbiyevin istefaya göndərilməsi, Ordu rəhbərliyində total dəyişikliklərin aparılması kimə və nəyə lazım idi? Bir halda ki, Ali Baş Komandan son illərdə Azərbaycanda Qafqazın ən güclü ordusunun yarandığını bəyan edirdi, bu siyasəti həyata keçirən nazir və komanda, məntiqlə iş başında qalmalı deyildimi? Necə ki, Səfər Əbiyev kimi, nazir kreslosunda 20 ilini tamamlayan digər nazirlər öz yerlərində qaldılar.
Lakin cavab tapılası əsas sual heç də Səfər Əbiyevin niyə vəzifədən çıxarıldığı deyil. S.Əbiyevin idarəçiliyi həqiqətən də qüsurlu idi və bu dəyişiklik illər əvvəldən zərurətə çevrilmişdi.
Üzərində durulası əsas məsələ Səfər Əbiyevi ordudakı generallardan birinin deyil, BİR GÜN DƏ ÖN CƏBHƏDƏ XİDMƏT ETMƏMİŞ, hərbi biliklərinin və təcrübəsinin yetərli səviyyədə olduğu şübhə doğuran, Milli Ordunu yaxşı tanımayan, digər güc strukturlarında sürətli karyera yüksəlişində müəyyən MÜƏMMALI məqamların olduğu Zakir Həsənovun əvəzləməsidir. Bir qədər də konkretləşdirsək, Z.Həsənovun gözlənilmədən, adı namizədlər siyahısında olmadığı halda müdafiə naziri postuna təyin olunmasının arxasındakı "qaranlıq dairələr” maraq doğurur. Hansı ki, Orduda total "kadr islahatlarının” arxasında da həmin dairələrin kölgəsi açıq görünür…
Bu məsələlərin hamısına, əlbəttə ki, geniş şəkildə aydınlıq gətirmək, bütün qaranlıq qalan suallara cavab tapmaq çətindir. Ancaq "AzPolitika.info”-ya daxil olan məlumatların bəzi QARANLIQLARA işıq salacağına əminik.
"Xalq bank”ın mühafizə xidmətinin rəhbəri Kəşfiyyat İdarəsinə rəis gətirilib!
Əvvəlcə Orduda həyata keçirilən və böyük narazılq yaradan kadr islahatları haqda məlumatlardan başlayaq. Bu haqda mətbuatda da vaxtaşırı məlumat verilir. MN-də baş verənlərin ictimailəşdirilməsində müstəsna rolu olan hərbi ekspert Üzeyir Cəfərov da dəfələrlə bəyan edib ki, adı rüşvətdə, korrupsiyada, hətta müxtəlif cinayətlərdə hallanan, qeyri peşəkar kadrları MN-də yüksək vəzifələrə təyin edirlər. Zakir Həsənov, Nəcməddin Sadıqov və Vahid Əliyev "üçlüyü” Ordunun rəhbərliyində özlərinin "kriteriyalarına” cavab verən zabitlərdən ibarət yeni komanda formalaşdırır.
Keçək konkret faktlara:
Müdafiə Nazirliyinin ən həssas, xüsusi peşəkarlıq tələb edən sahələrdən biri Kəşfiyyat İdarəsidir. Ancaq qəribə də olsa belə bir mühüm idarənin rəisi vəzifəsinə Zakir Həsənov qeyri-peşəkar bir şəxsi gətirib. Belə ki, Kəşfiyyat İdarəsinin yeni rəisi polkovnik İlqar Mazanov bu vəzifəyə "Xalq Bank”ın MÜHAFİZƏ XİDMƏTİNİN rəhbəri vəzifəsindən gətirilib.
Əvvəllər isə bu şəxs MTN-in Əks-Kəşfiyyat İdarəsinin əməkdaşı ("Osobist”) olub, hansısa səbəblərdən burdakı işindən uzaqlaşdırılıb. İlqar Mazanov bu vəzifədə Prezidentin Sərəncamı ilə "İgidliyə görə” medalı təltif edilmiş GENERAL-MAYOR Rəhim Cəfərovu əvəzləyib. Peşəkar kəşfiyyatçı olan, uzun illər Orduda xidmət edən general-mayorun yerinə bir bankın mühafizəsindən polkovnikin gətirilməsinə məntiqi izah tamaq çətindir.
Sual olunur: Peşəkar kəşfiyyatçı olmayan, uzun müddətdir xidmətdən ayrılmış bir şəxsin MÜHARİBƏ VƏZİYYƏTİNDƏ olan ölkənin Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə təyin olunmasına nə ad vermək olar?!
Heç də təəccüblü deyil ki, İlqar Mazanovun müavini də kənardan gətirilib və onun da orduya aidiyyəti yoxdur. Sadəcə, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyevin yerlisidir.
Aptek müdirinə mayor rütbəsi verilib, Təchizat İdarəsinə rəis müavini qoyulub!
Başqa bir fakt: Xəbər verildiyi kimi, Müdafiə Nazirliyinin bütün alqı-satqı, ərzaq və təminat idarələri birləşdirilərək bir əldə cəmləşdirilib. Və bununla da ərzaq xidməti, əşya xidməti, tender komissiyası və başqa bu kimi milyardların xərcləndiyi strateji qurumlar ləğv edilərək, əvəzində Təchizat İdarəsi yaradılıb.
Qəribə də olsa, Təchizat İdarəsinə rəis müavini də ORDU İLƏ BAĞLILIĞI OLMAYAN şəxs təyin olunub. Belə ki, bu idarəyə rəis müavini gətirilən İlham Əliyevin təyinatına qədər heç bir rütbəsi olmadığı və APTEK MÜDİRİ işlədiyi bildirilir. Sadəcə, Vahid Əliyevin əmisi oğlu olduğu üçün onu bu vəzifəyə təyin edib, özünə də BİRDƏN-BİRƏ MAYOR RÜTBƏSİ VERİBLƏR. Bu, illərlə orduda can qoyan zabitlərə, hərbiçilətə hörmətsizlikdən başqa həm də böyük korrupsiyaya hazırlığın (Əmioğluların əli ilə) əlaməti deyilmi?
Müharibə generalının yerinə rüşvətə görə qovulan "vayenkomat” işçisi gətirilib!
Digər bir fakt: Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini vəzifəsinə polkovnik Hikmət Xalıqov təyin olunub. Bu qurumun rəisi general-leytenant Yaşar Aydəmirov məzuniyyətə göndərildiyindən (qayıdandan sonra da istefaya göndəriləcəyi şübhə doğurmur) Hikmət Xalıqov rəisi əvəz edir. Əfqanıstan və Qarabağ savaşının od-alovundan çıxmış general-leytenant Yaşar Aydəmirov kimi təcrübəli zabitin vəzifəsindən kənarlaşdırılmasının məntiqini bir kənara qoyaq. Halbuki, bu da üzərində xüsusi dayanılası mövzudur…
Onun yerinə Hikmət Xalıqovun təyin olunmasına, ümumiyyətlə ad tapmaq çətindir. Bu şəxs vaxtilə Biləcəri toplanış məntəqəsində işləyib və RÜŞVƏTƏ GÖRƏ işdən kənarlaşdırıldığı bildirilir. Hətta bu faktın orduda hamıya bəlli olduğu deyilir. Yəni, Azərbaycan Ordusunda bir nəfər zabit tapılmadımı rüşvətə görə işdən uzaqlaşdırılan keçmiş "VAYENKOMAT” işçisi Təşkilat Səfərbərlik İdarəsi kimi əsas strukturlardan birinə rəhbər gətirildi?
Hələ bu azmış kimi, Daxili Qoşunlarda xidmət etmiş qardaşı polkovnik Tahir Xalıqov da Müdafiə Nazirliyinin aparat rəhbəri vəzifəsinə təyin olunub.
Zakir Həsənov Azərbaycan Ordusunda general soyqırımı həyata keçirdi!
Belə faktların sayını kifayət qədər artırmaq olar. Məsələn, Silahlı Qüvvələrin Artileriya Qoşunları komandanı GENERAL -MAYOR Rafiq Hüseynov vəzifədən götürülərək, yerinə orduda heç bir nüfuzu olmayan, polkovnik Zahid Hüseynov təyin edilib.
Nazirliyin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyevi vəzifəsindən azad edərək, onun yerinə DİN Daxili Qonşunlarından yaşa görə ehtiyata tərxis olunmuş, uzun müddətdir hərbidən uzaqlaşmiş Aydın Əliyevi təyin edib
Qısası, Zakir Həsənov müdafiə naziri təyin olunar-olunmaz Azərbaycan Ordusunda sözün həqiqi mənasında, GENERAL SOYQIRIMI həyata keçirdi ki, bu da hərbi ictimaiyyət tərəfindən böyük narazılıq və narahatçılıqla qarşılanır. Uzun illər ərzində yetişən, müəyyən təcrübəyə malik GENERALLARIN, POLKOVNİKLƏRİN, peşəkar hərbiçilərin ordu ilə bağlılığı olmayan mülki şəxslərlə, başqa sistemdə calışanlarla və yaxud hərbidən uzun illər əvvəl ayrılmış şəxslərlə əvəzlənməsi Azərbaycan Ordusuna ARXADAN VURULAN ZƏRBƏDİR!
Açıq bəyan edilməsə də, hərbi elita içində dolaşan söhbətlərdə Zakir Həsənov gəldikdən sonra Müdafiə Nazirliyində, bütövlükdə Orduda aparılan kadr dəyişikliklərinin arxasındaKƏNAR QÜVVƏLƏRIN TƏSİRİNİN olduğu bildirilir, bunun müharibə vəziyyətində olan Azərbaycanın hərbi gücünü sıradan çxarmğa xidmət edən bir plan olması ehtimalından danışılır. Daha konkret desək, ortada Azərbaycan Ordusuna, GENERALİTETİNƏ yönəlmiş bir planın olduğu şübhələri mövcuddur.
Zakir Həsənovun şəxsi mühafizə xidmətinin rəisi kimdir?
Elə buradca geniş şərh vermədən qeyd edək ki, "AzPolitika.info”-ya daxil olan məlumatlardan biri də budur ki, müdafiə naziri Zakir Həsənovun şəxsi mühafizə xidmətinin rəisi vəzifəsini (təəsüf ki, adını dəqiqləşdirə bilmədik-red.) əslən İrəvandan olan, (Z.Həsənovun özünün də əsli İrəvandandır-müəll) anası və həyat yoldaşı erməni millətindən olan şəxs tutur. Əlbəttə, qəbul edirik ki, kimsənin valideyninin milli kimliyi onun hansısa vəzifəni tutmasına mane olmamalıdır. Ancaq söhbət ermənilərlə müharibə vəziyyətində olan Azərbaycanın Müdafiə Nazirliyindən gedirsə, burda istisnalar zəruridir. Erməni mənşəli heç kim müharibə vəziyyətində olan Azərbaycanın Müdafiə Nazirliyində vəzifə tutmamalıdır! Odur ki, əgər bizə verilən məlumat doğrudursa, bunun izahı da verilmədir. Nədən Zakir Həsənov şəxsi mühafizə xidmətinə, hansı ki, onun ən yaxınında olur və bütün hərbi sirrləri öyrənmək imkanı var, belə bir şəxsi təyin edib?
Bu məsələyə Zakir Həsənovun aydınlıq gətirəcəyinə ümid edərək, kecək yuxarıda qoyduğumuz əsas sualın cavabına. Yəni, müharibə vəziyyətində olan ölkənin müdafiə naziri postuna Ordudakı generallardan birinin deyil, bir gün də ön cəbhədə xidmət etməmiş "mitinq generalının” gətirilməsinin arxasındakı qaranlıq izlərə…
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi