Bakıda bina uçdu, maşınlar uçqun altda qaldı, ölənlər var - YENİLƏNİB, FOTOLAR

img

25-01-2014 [20:01]


Bu gün saat 16 radələrində Bakının Nərimanov rayonunda Heydər Əliyev prospektində sökülməkdə olan bina uçub.

Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində ölənlərin kimliyi məlum olub.

Nərimanov rayon Polis İdarəsindən APA–ya verilən məlumata görə, bunlar Bakı sakinləri - 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğludur.

Bina uçan zaman həmin şəxslər yaxınlıqda dayanan "Mitsubishi Pajero” markalı avtomobildə olublar. Avtomobilin sürücüsü C. Bayramlı olub.

***

17:32

Beşmərtəbəli binanın uçması nəticəsində yaxınlıqda dayanan avtomobillərdən 1-i tam yararsız hala düşüb, daha 6 maşın qismən əzilib. APA –nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, FHN əməkdaşlarının səyi nəticəsində prospekt dağıntılardan təmizlənib. Hazırda Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti bərpa olunub.

***

Bugun.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikası cəlb edilib.

İlkin məlumata görə, xilasedicilər dağıntılar altından iki cəsədi çıxarıblar.

Əməkdaşımızın bildirdiyinə görə, bina yola tərəf uçduğu üçün yol kənarında dayanan maşınlar dağıntılar altında qalıb. Həmin maşınlarda adam olub-olmadığı hələlik dəqiqləşdirilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA