Ərdoğan Baydenlə müzakirə edəcəyi məsələləri açıqlayıb
14-06-2021 [10:51]
İyunun 14-də Brüsseldə ABŞ prezidenti Cozef Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında NATO sammiti çərçivəsində təkbətək görüş olacaq.
“TRTHaber”ə istinadən xəbər verir ki, bu, iki liderin Cozef Bayden prezident seçildikdən sonra ilk görüşü olacaq.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan başçılıq etdiyi nümayəndə heyəti ilə iyunun 14-də Belçikanın paytaxtı Brüsseldə keçirilən Zirvə toplantısına qatılacaq. Nümayəndə heyəti sammitdə Türkiyənin yerləşdiyi bölgədə suveren hüquqlarını və təhlükəsizliklə bağlı həssaslıqlarına hörmət olunmasını toplantının gündəliyinə təqdim edəcək. Sammitdə Türkiyənin bu məsələlərlə bağlı qətiyyəti vurğulanacaq.
Toplantıda Türkiyə alyans çərçivəsində üzərinə düşən vəzifələri yerinə yetirən bir üzv dövlət olaraq müttəfiqlərə terrora qarşı mübarizə və humanitar böhranların aradan qaldırılması üçün əməkdaşlıq təklifini təkrarlayacaq. NATO və ABŞ qüvvələri Əfqanıstandan çıxandan sonra yaşanacaq terror təhdidlərinə qarşı alyans və müttəfiqlərin fərdi dəstəyinin davam etməsinin vacibliyini də rəsmi Ankara sammitdə müttəfiqlərə təqdim edəcək. Sammitdə Türkiyənin sülh prosesini uğurla reallaşdırması üçün üzərinə düşən məsuliyyəti bu çərçivədə yerinə yetirəcəyi qeyd olunacaq.
Xatırladaq ki, Ərdoğan iyunun 13-də Brüsselə səfər edərkən Atatürk hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Türkiyə prezidenti Cozef Baydenlə edəcəyi müzakirələrdən danışarkən qeyd edib:“Görüş zamanı müzakirə edəcəyimiz məsələlər çox əhatəlidir. Aprelin 24-ü (ermənilərin saxta tarixi ilə bağlı C.Baydenin tutduğu mövqeyi nəzərdə tutur-red.) təəssüf ki çox faydasız bir proses idi. Belə yanaşmanı təbii ki gözləməzdik, ancaq bu yanaşma bizləri sözün əsl mənasında naratah etdi. Odur ki, bu məsələni gündəliyə gətirməmək doğru olmazdı. Türkiyə təsadüfi bir dövlət deyil. O, ABŞ və NATO ilə müttəfiq bir ölkədir. NATO ilə yaxından-uzaqdan əlaqəsi olmayan ermənilər məsələsində belə bir mövqe tutuması bizi naharat və məyus edib. Təbii bunları xatırlatmamaq mümkün deyil”.
Rəcəb Tayyib Ərdoğan “F-35” qırıcıları, “S-400” zenit-raket kompleksinə dair məsələləri də amerikalı həmkarı ilə müzakirə edəcəyini də bildirib.
O, ABŞ-ın “Patriot” zenit-raket sistemini Türkiyəyə verməməsinə diqqət çəkib:
“Bu məsələdə də ABŞ yenə sözünə əməl etmədi, “Patriot”ları geri aldı”.
Rəcəb Tayyib Ərdoğan bundan sonra Rusiya ilə “S-400” məsələsinin müzakirə etdiklərini və danışıqlardan sonra həmin sistemi əldə etdiklərini qeyd edib: ""Nələri edəcəyik və ya etməyəcəyik" kimi məsələləri də ikitərəfli görüşdə masaya qoymağımız faydalı olar. Bunları da ayrıca müzakirə edəcəyik”.
Rəsəb Tayyib Ərdoğan ABŞ-dan NATO üzvlərinə bərabər münasibət göstərməsini istədiklərini də görüşdə müzakirə edəcəklərini bildirib.
Xatırladaq ki, Türkiyə prezidenti Belçikadan sonra Azərbaycana səfərə gələcək. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada əhatəli müqavilə imzalayacağı gözlənilir./Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi