Maliyyə Nazirliyinin idarə rəisinə kimlər və niyə basqın edib?

img

25-01-2014 [19:49]



 Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin 5 saylı Xəzinədarlıq İdarəsinin rəisi Mirzə Mirzəyevi ailəsini öldürməkdə hədələyən dəstə üzvləri tutulub. 

 Bu haqda məlumatı  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, saxlanılanlar Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əjdər Talıbovla İsmət Məmmədovlardır: «Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Əvvəllər məhkum olunmuş şəxslər - Əjdər Talıbov və İsmət Məmmədov həmyerliləri Mirzə Mirzəyevi və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyiblər. Bunun müqabilində isə ondan 200.000 manat pul tələb ediblər».

 Maraqlı burasıdır ki, nazirliyin rəsmi məlumatında saxlanılanların Maliyyə Nazirliyi idarə rəisini hədələməsinin kökündə duran əsl səbəbləri açıqlanmayıb. Yalnız bildirilir ki, ailə üzvlərini öldürməmək üçün ondan 200 min manat tələb olunub. Razılaşaq ki, adıçəkilən şəxslərin Mirzə Mirzəyevin birdən-birə ailə üzvlərini hədələməsi xeyli müəmmalı suallar doğurur. Axı, o adamlar nədən məhz Mirzə Mirzəyevi hədələyiblər? Bəlkə bu hədələmənin alt qatında cəmiyyətə açıqlanmayan çox ciddi mətləblər var? 

Bu və digər məlumatlarla bağlı araşdırmalarımız olacaq!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA