Bakıda at və eşşək qebirstanliğı tapıldı

img

25-01-2014 [13:00]



Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində kisələrdə at və uzunqulaq başları aşkarlanıb.

Qəsəbə sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, 14-cü kalon deyilən yerin yaxınlığında kisələrə doldurulmuş ölü heyvan başları tapılıb.

Ərazidə yaşıyanlar bu halın bir neçə gündür ki, müşahidə olunduğunu deyiblər. Qəsəbə sakinləri heyvan başlarının həmin əraziyə cənub bölgəsindən gələn yük maşınları tərəfindən boşaldıldığını bildiriblər.

Xatırladaq ki, bir müddət öncə də Xaçmaz rayonunda yerləşən meşə massivində 428 ədəd at və uzunqulaq ayağı aşkarlanmışdı. Xaçmaz rayonunun Qımıl kəndi ərazisində isə təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilmişdi. Heyvan qalıqlarının ora necə töküldüyü sirr olaraq qalmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA