GƏNC MÜƏLLİMİN ƏDƏBİ VƏ PEDAQOJİ DÜNYASI...
11-06-2021 [22:40]
Günel Məssalı qızı Quliyeva 14 noyabr 1992-ci ildə İmişli rayonunun Gövhərli kəndində anadan olub.
Həmin kənddə tam orta təhsilini başa vurub,
2011-2015-ci illərdə Bakı Qızlar Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Müəllimlərin işə qəbulu (MİQ) imtahanından uğurla keçərək İmişli rayonunun Namiq Abışov adına Qaralar kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir.
İşlədiyi müddətdə müəllim-şagird kollektivlərinin və valideynlərin dərin hörmətini qazanmışdır.
Gənc pedaqoq sevilən və yaxşı müəllim olmaqla bərabər, həm də ədəbi yaradıcılıqla məşğuldur.
Onun bir neçə şeirini Sizə təqdim edirik:
CAN, VƏTƏN OĞLU!
Əlində silahla, cəsur ürəklə,
Atıldın meydana Vətən yolunda.
Vətən tarixini yeniləyərək,
Qələbə gətirdin, can, Vətən oğlu!
Qəlbində arzular, neçə diləklər,
Köçdün sən torpağın dərin qatına.
Vətən zirvəsinə böyük hünərlə,
Qalxdın sən əbədi, can, Vətən oğlu!
Qazandın igidlik, şəhid nişanın,
Əbədi and yeri olub məzarın.
Vətən taleyindən qara yarasın
Sökərək qopardın, can, Vətən oğlu!
Azadlıq adında güllər bitirdin,
Xarı bülbülünü sən xar qoymadın,
Xalq üçün, el üçün canından keçdin,
Haqqınız ödənməz, can, Vətən oğlu!
Doğuldun, böyüdün bu torpaq üstə,
Vətən çörəyini unutmaz oldun.
Borcunu vətənə ödədin, oğul
İgidlik zirvəsi, can, Vətən oğlu!
Xalqının firavan ömür yolunda,
Ömrünü bu xalqa fəda eylədin!
Haramdır aldığı hər bir nəfəs də,
Səni unudana, can, Vətən oğlu!
Borcluyuq biz sənə, bir ömür boyu,
Fanidir, fanidir bu həyat yolu.
Ən böyük məqamdır ömür yolunda,
Şəhidlik zirvəsi, can, Vətən oğlu!
KÖNÜL DÜNYASI
Dünyanı büsbütün dərdi-sərini,
Özündə daşıyır könül dünyası.
Yaşayır, dayanır bütün acıya,
Dözümlü, hüznlü könül dünyası.
Öyrənir zamanla güvənməyi də,
Sevməyi, inamı, sədaqəti də,
Ayırır yalandan həqiqəti də,
Sevgiylə bəzənir könül dünyası.
Qırılır birinin acı sözündən,
Ağrısı süzülür görən gözlərdən.
Yalan xurafatlar, əyri üzündən,
Sığmayır özünə könül dünyası.
Bircə xoş baxışa gülər içində,
Sevinər, şadlanar özgə biçimdə,
Həyatın üzünə gülüşlərində,
Gülüstanə dönər könül dünyası.
Ağrısı, acısı içində yaşar,
Həm gülər, ağlayar, həm alovlanar,
İnsana ən yaxın bir sirdaş olar,
Ən doğma bir dostdur, könül dünyası.
Qoymaz yıxılmağa ayaqda tutar,
Hər ağrını bilər, kədəri duyar.
Sol yanımızda bir xaniman qurar,
Duyğular adası, könül dünyası.
Əzab-əziyyəti bizimlə çəkər,
Bizimlə ağlayar, bizimlə gülər,
Bu cür keşməkeşli, yorucu yolda,
Əbədi yoldaşdır, könül dünyası.
ANALAR
Övladın yerinə zəhəri baltək,
Ömrünə qataraq içər analar.
Siması, ürəyi açılar gültək,
Övlad sevincinə şərik analar.
Saçının siyahın bəyaza boyar
Kədərlər içində ölər, boğular,
Kədəri içində məhv edər, boğar,
Övladçün təbəssüm edər analar.
Elə bir oyunu qurar ki, fələk,
Zərif və fədakar qadın gücüylə.
Övladı könlütox yetişdirərək,
Həm ata, həm ana olar analar.
Elə ki, qazanar ana adını,
Elə ki, anlayar övlad dadını,
Ona qurban edər bütün varını,
Varı övladında görər analar.
Övladla xoşbəxtlik tapar dünyada,
Can qoyar bu ada bu gen dünyada
Şəfadır qucağı, səsi, adı da
Dünyanı ayaqda tutar analar.
Üzünə qırışlar salanlar da biz,
Dərdinə dərd qatıb qocaldan da biz,
Saçına bəyazlar qatan da biz,
Haqqınız ödənməz, borcumuz bitməz,
Sonsuzadək sizə, əziz analar.
EY İNSAN, ÖZÜNƏ BAXIRSANMI HEÇ?
Kobudluq eyləyib, ömür tükədib,
Özünə kənardan baxırsanmı heç?
Gözlərdən kədərli sellər gətirib,
Etdiyin əmələ yanırsanmı heç?
Yalanı dilində oyuncaq edib,
Şirin yalanlarla şübhələr əkib,
Əkdiyi yalanı sonralar biçib,
Biçdiyin əməyi qanırsanmı heç?
Gah ondan, gah bundan qeybət eyləyib,
İmanı unudub, dini tərk edib,
Şeytanla dostlaşıb, iblisi seçib,
Bir kərə Allahı anırsanmı heç?
Yaradan şüurlu yaradıb deyib,
Lazımsız, lüzumsuz əməl törədib ,
Şərəfli adına siyahlar çəkib,
Çəkdiyin əsərdən məmnunsanmı heç?
İnsanlıq libasın əyninə geyib,
Xoş geyib, çox yeyib, boş-bikar gəzib,
Əyləncə eşqiylə zaman keçirib,
Bir dəfə Quranı açırsanmı heç?
Ey insan özünə baxırsanmı heç?
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi