24-01-2014 [14:02]
«Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq 2012-ci ilin sonunda yaradılmış olan Səbail rayonunda İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi paytaxtın mərkəzi rayonunun Bayıl-20-ci yaşayış sahəsi ərazilərini əhatə edir və burada 51 min nəfər sakin yaşayır. Yeni yaranmasına baxmayaraq ötən ildə nümayəndəlik tam şəkildə fəaliyyət göstərmiş, üzərilərinə düşən vəzifələri öhdəsinən gəlmişlər.
Bayıl yaşayış sahəsində yerləşən «Riviera» mehmanxanasında Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ilk hesabat yığıncağı keçirilmişdir.
Toplantıda 2013-cü il ərzində rayonun Bayıl-20-ci sahə ərazilərində həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Yığıncağı açıq elan edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cır şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmışdır. A.Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş Dövlət Proqramında Səbail rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat verərək qeyd etmişdir ki, bu proqramma 2-ci sahə inzibati ərazi dairəsi üzrə 51 saylı orta məktəbin, 91 və 157 saylı uşaq bağçalarının, 11 saylı uşaq vərəm xəstəxanasının əsaslı təmiri salınmışdır. Ölkə başçısının tapşırıqlarına əsasən şəhərin Bayıl-20-ci yaşayış sahəsini əhatə edən nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir, Bakı Bulvarının Dövlət Bayrağı Meydanından Bibiheybət qəsəbəsi istiqamətində genişləndirilməsi aparılır, dəniz kənarı ərazidə gözəl istirahət zonası yaradılır və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir.
Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Muradov bildirmişdir ki, nümayəndəliyin fəaliyyətə başlaması ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən müvafiq təşkilati işlər aparılmış, Bayıl yaşayış sahəsində nümayəndəlik üçün xüsusi yer ayrılmış, bura hər cür avadanlıq və ləvazimatlarla təchiz olunmuşdur.
2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu ərazidə Bakıda Su İdmanı Sarayının təməlqoyma, Milli mətbuat günü münasibəti ilə Əhəd Yaqubov küçəsində jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması və inşa ediləcək növbəti binanın təməlqoyma mərasimləri keçirilmiş, oktyabrın 19-da ölkə başçısı yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmməsi ilə bağlı Dövlət Bayrağı Meydanını ziyarət etmişdir.
Ötən il «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq Arif İsmayılov küçəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiyası tikilərək şəbəkəyə qoşulmuş, Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbi sökülərək yenidən inşa olunmuş, 163 saylı orta məktəbin binası, 33 saylı poliklinikanın əsas binası və 20-ci sahədə yerləşən 1 saylı şöbəsi əsaslı təmir olunmuş, 20-ci sahədə yeni 19 saylı Köməkçi Təcili Tibbi Yardım Stansiyası yaradılmışdır.
20-ci sahə ərazisində 35 kilovoltluq yeni yarımstansiyanın, Səbail rayon Pokurorluğunun 3 mərtəbəli inzibati binasının, Müasir İstedadlar Məktəbi üçün idman və yataqxana komplekslərinin tikintisi davam edir, «Turac» uşaq bağçasında möhkəmləndirmə-yenidənqurma işləri başa çatmaq üzrədir.
Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması işləri böyük sürətlə davam etdirilir. Bu işlər çərçivəsində ərazidə yerləşən fərdi yaşayış evləri və digər tikililərin sakinlərə müvafiq kompensasiyaların ödənilməsi şərti ilə köçürülməsi işləri aparılmış, buradakı yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə müvafiq təzminat ödənilərək köçürülməsi və ərazisnin təmizlənməsi təmin olunmuşdur.
Bayıl dairəsi ərazisində abadlıq işləri görülmüş, yeni yeraltı keçidin inşası, yolun mərkəz hissəsinin qurulması və burada yaşıllıqların salınması işləri aparılır. Qurban Abbasov küçəsinin sonundakı 35, 76 və 78 saylı binaların üzlənməsi başa çatmaq üzrədir.
Oktyabr ayının 9-da keçirilən Azərbaycan Respublikası Prezidentinin seçikləri ilə bağlı ərazidə 15 seçki məntəqəsinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Seçicilərin 72 % -i səsvermədə iştirak etmiş, onların 84,9 %-i öz səslərini İlham Heydər oğlu Əliyevə vermişlər.
Ötən il nümayəndəlik tərəfindən ilk növbədə ev təsərrüfatları uçotu kitabları tərtib olunmuş, bu sahədə aparılan işlər nəticəsində ərazidə olan ev təsərrüfatlarının dəqiq sayı, yaşayış binaları və fərdi evlərin texniki vəziyyəti, burada yaşayanlar barədə ətraflı məlumatlar toplanmışdır.
Hesabat dövründə ərazidə yerləşən idarə və təşkilarlar, orta və məktəbəqədər təhsil müəssisələri ilə tanışlıq işləri aparılmış, ərazidəki bir sıra müəssisələrdə keçirilən tədbirlərdə iştirak edilmişdir.
Toplantıda sakinləri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi