Xalq artisti: "Artıq teatrlar süquta doğru gedir" - "Yəqin çox günahlarımız olub..."
09-06-2021 [14:48]
“Rəhbərlik, baş rejissorlar, direktorlar, aparıcı aktyorlar fikirləşməlidilər ki, artıq teatrlar süquta doğru gedir. Bunun üçün teatrı dirçəltmək lazımdır”.
Mia.az xəbər verir ki, bunu Azvision.az -a Xalq artisti Afaq Bəşirqızı teatrların fəaliyyətinin uzun müddətli dayanadırılmasından danışarkən deyib.
Tanınmış aktrisa bildirib ki, teatrların işinin bərpası üçün işlər görülməlidir: "Teatrlar açılmalıdır. Ancaq bununla bağlı bir çox çətinliklər var. Hər halda plan üzərində işləmək lazımdır. Tamaşalar nümayiş olunan zaman insanların məsafəli oturması çox çətindir. Onların ara məsafəsi ilə əyləşdirilməsi aktyorda maraqsızlıq yaradacaq. Şəxsən mən tamaşanın anşlaq olmasını sevirəm, belə öyrəşmişəm.
İndi yay fəslidir. Aktyorun da işləmək ayları var. Hamı istirahətə gedir. Mən bu dəqiqə özüm bağda yaşayıram. Hər gün bəlkə 50 adam qapımı döyüb, evimi kirayə verib-vermədiyimi soruşur. Ona görə də bu mövzu haqqında artıq sentyabrda fikirləşmək lazımdır. Hər halda repertuarlarda olan tamaşaları bir dəfə məşq edib vermək olar. Aktyorlarda bir növ tormuzlanma getdi. Səhnə üçün darıxırlar, onu sevirlər. Aktyor səhnəsiz yaşaya bilmir.
Peşəkar aktyorların fəaliyyətini dondurmaq qeyri-mümkündür. Səhnənin generalları birinci bu barədə fikirləşməlidirlər ki, əsgərlər onların arxasınca gəlsinlər. Rəhbərlik, baş rejissorlar, direktorlar, aparıcı aktyorlar fikirləşməlidilər ki, teatr artıq süquta gedir. Bunun üçün teatrı dirçəltmək lazımdır”.
Aktrisa türkiyəli müğənnilərin Bakıda karantin qaydalarını pozaraq izdihamlı konsert verməsindən də danışıb:
“Azərbaycan televiziyası onları Türkiyə telekanallarından daha çox reklam edir. Onlara baxırlar. Mustafa Cecelinin konsertinə gedib ağız-ağıza dayananlarla teatra gedənlər eyni zövqə malik deyil. Əlbəttə, biz də başa düşürük ki, aktyor səhnədə tərəf müqabilini xəstələndirəcəksə, o tamaşa heç kimə lazım deyil. Koronavirus Allahın bəlasıdır. Yəqin çox günahlarımız olub ki, bunlara cavab verməliyik”.
Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası səbəbindən teatrların fəaliyyəti dayandırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi