Tahir Budaqovla Əli Əhmədov Çin səfiri ilə görüşüb - Açıqlama + FOTO
09-06-2021 [13:28]
İyunun 9-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini Əli Əhmədov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə partiyanın Mərkəzi Aparatında görüşüblər.
YAP-dan Mia.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Çin arasındakı münasibətlərin hazırkı vəziyyətinin məmnunluq doğurduğu vurğulanıb. Bildirilib ki, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq tərəflər üçün olduqca faydalı və əhəmiyyətlidir. Həmçinin ölkələrimizin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində təmaslarının və əlaqələrinin önəmindən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan və Çin koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizə istiqamətində qlobal əməkdaşlığın və həmrəyliyin təmin olunmasına mühüm töhfə verirlər.
Görüşdə Azərbaycan və Çinin beynəlxalq müstəvidə bir-birinin milli maraqlarının qorunması üçün strateji əhəmiyyət daşıyan məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirmələrinin strateji əhəmiyyətə malik olduğu vurğulanıb. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı zamanı Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə səmimi təbriklərini çatdırdığı xatırlanaraq Azərbaycan-Çin münasibətlərinin inkişafında hər iki ölkə rəhbərliyinin siyasi iradəsinin müstəsna rolu xüsusi qeyd edilib. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın dərinləşdirilməsi iki ölkə münasibətlərinin daha da möhkəmlənməsində xüsusi önəmə malikdir. Çin Kommunist Partiyasının 100 illiyi münasibətilə iyul ayında dünya siyasi partiyalarının liderlərinin iştirakı ilə keçiriləcək videokonfransa Yeni Azərbaycan Partiyasının da dəvət olunduğu, YAP-ın sözügedən tədbirdə iştirakına böyük önəm verildiyi diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycan və Çinin milli-strateji mənafelərə əsaslanan qarşılıqlı faydalı münasibətlərin inkişafında maraqlı olduqları qeyd edilib və çoxşaxəli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə dair əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi