RƏSMİ MOSKVADAN QARABAĞLA BAĞLI YENİ MESAJLAR: "Qan tökülməsi olduqca təhlükəlidir" - "İndiki mərhələdə status problemini qaldırmamalıdırlar"
09-06-2021 [12:34]
Azərbaycan-Ermənistan sərhədində baş verənlərin Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı bildirib.
“Müharibəni kim aparıb, kim döyüşüb məsələsi bizim üçün və bütün sağlam düşüncəli insanlar üçün bağlıdır. Qan tökülməsi dayandırılıb. Müharibə tez bitə, sülhə tez nail oluna bilərdi. Biz vasitəçi olmuşuq. Biz tərəfləri məcbur edə bilməzdik. Biz əmin edirdik ki, bundan sonra qan tökülməsi mənasızdır və olduqca təhlükəlidir. İndi bizim sülhməramlılar öz mandatını icra edirlər. Hansısa böyük insidentlər ümumiyyətlə yoxdur. Bunu Bakıda və İrəvanda da etiraf edirlər. Baş verən kiçik maneələr olduqca tez aradan qaldırılır. Bəli, Azərbaycan-Ermənistan sərhədinin ayrı məntəqələrində gərginlik var. Bunun Dağlıq Qarabağa aidiyyəti yoxdur”, - deyə S. Lavrov qeyd edib/APA.
Lavrov əlavə edib ki, ötən ilin 9 noyabrında döyüşlərin dayandırılması ilə eyni vaxtda liderlər bütün kommunikasiyaların açılması ilə bağlı razılığa gəliblər:
O bildirib ki, bu prinsipial razılaşmanın inkişafında, 2021-ci ilin yanvarında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündə Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrup yaradılıb: “Bu işçi qrup istisnasız olaraq regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə məşğul olur. Həmin işçi qrupda peşəkar hazırlıqlı insanlar çalışır. Əlbəttə ki, tərəflər öz qonşularının da marağını nəzərə alır. Üçlükdə razılaşıb, Türkiyə və İranın nə düşündüyünü nəzərə almamaq yəqin ki, düzgün olmazdı”.
Regiondakı strateji “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mövcudluğuna toxunan Rusiya XİN başçısı qeyd edib ki, burada kimisə cəlb edib, ya cəlb etməmək və ya cəzalandırmaq haqda deyil, uzun perspektivdə münasibətlərin qurulması barədə düşünmək lazımdır: “Başa düşürəm. İndi çoxları deyir ki, Dağlıq Qarabağın statusu həll olunmamış qalır. Bununla bağlı yekun razılığa gəlinməlidir. Bəli, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə yəqin ki, indiki mərhələdə status problemini qaldırmamalıdırlar, inamın möhkəmləndirilməsi, humanitar məsələlərin, azərbaycanlılar və ermənilərin yenidən yanaşı, birlikdə, təhlükəsizlikdə və iqtisadi rifah vəziyyətində yaşamasına kömək etməlidirlər. Onda mən sizi əmin edirəm ki, bir neçə ildən sonra statusun bütün problemləri daha asan həll olunacaq”..
Rusiyanın xarici işlər naziri onu da qeyd edib ki, indi region və münaqişə tərəflərinin paytaxtlarından səslənən bəyanatlarda daha çox emosiyalar üstünlük təşkil edir: “Bizim sülhməramlı kontingentimiz Fövqəladə Hallar Nazirliyimizin vasitəsilə normal həyatın qurulması ilə aktiv şəkildə məşğul olur. Üçtərəfli işçi qrupun fəaliyyətinin nəticəsi hər şeydən öncə kommunikasiyaların açılmasının birbaşa insanların həyatının yaxşılaşdırmasına necə kömək edəcəyi ilə müəyyən olunacaq. O ki qaldı Türkiyənin roluna, üçtərəfli işçi qrupun müzakirələrində Türkiyə və İranın maraqları birmənalı olaraq nəzərə alınır. Əks halda kommunikasiyaların açılmasının maksimal effekti olmaz”.
XİN başçısı Qarabağda Türkiyənin də rolundan danışıb. Deyib ki, Türkiyənin Qarabağda atəşkəsə nəzarət prosesinə cəlb olunması sabitləşdirici faktordur: “Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi fəaliyyət göstərir. Azərbaycan ərazisindən texniki vasitələrdən istifadə olunmaqla yerdə baş verənlərin birgə müşahidəsi təmin olunur. Bu, ümumi razılığın çox faydalı komponentidir və türkiyəli həmkarlarımızın prosesə cəlb olunmasını hiss etdirir. Bu, sabitləşdirici faktordur”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi