FTB-dən 16 ölkədə birgə əməliyyat: 800-dən çox kriminal saxlanılıb
08-06-2021 [18:57]
ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB), ABŞ Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə Agentliyi (DEA), Avropa Polis Agentliyi ("Avropol"), İsveç və Niderlandın müvafiq təhlükəsizlik orqanlarının birgə həyata keçirdiyi “Troya Qalxanı” adlı əməliyyat çərçivəsində 16 ölkədə 800-dən çox cinayətkar saxlanılıb.
“Reuters”in xəbərinə görə, bu barədə “Avropol” direktorunun müavini Jan-Filip Lekuf Haaqada keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə 16 ölkədən olan hüquq-mühafizə orqanlarının birgə əməliyyatı çərçivəsində 700 evə basqın təşkil edilib, 800 cinayətkar həbs olunub.
Əməliyyat zamanı 8 ton kokain, 22 ton marixuana və marixuana qatranı, 2 ton sintetik həb, 250 odlu silah, 55 lüks avtomobil, 48 milyon dollar nağd pul və kriptovalyutalar ələ keçirilib.
Qeyd olunub ki, əməliyyat 2019-cu ildən etibarən Avstraliya Federal Polisi ilə yaxın əməkdaşlıq edən FBI strateji məqsədlərlə “ANOM” adlı şifrəli mesajlaşma tətbiqini istifadəyə verməsi nəticəsində mümkün olub.
Belə ki, 12 mindən çox şifrəli cihaza qədər böyüyən tətbiq kriminal aləmdə də aktiv istifadə olunub. Tətbiqdən istifadə etməklə göndərilən 27 milyondan çox mesajın deşifrə edilməsi nəticəsində 100 ölkədə fəaliyyət göstərən 300 kriminal qruplaşmanın, həmçinin italyan mafiyasının, cinayətkar motosikletli dəstələrin, beynəlxalq narkotacirlərin məlumatları əldə edilib.
Jan-Filip Lekuf qeyd edib ki, beynəlxalq koalisiyanın həyata keçirdiyi bu əməliyyat şifrələnmiş kriminal fəaliyyətlərə qarşı bu vaxta qədər olan ən böyük və ən mürəkkəb polis əməliyyatıdır/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi