Deputat: "Regionda sülh prosesi Vaşinqtona da sərfəlidir, Qərbə də..."
08-06-2021 [12:37]
“Kəlbəcərdə baş verən partlayışla bir faktı diqqətinizə çatdıraq. Terror təhlükəsi Amerika Dövlət Departamentinin 19 may 2021-ci il tarixli xəbərdarlığında bildirilmişdi. Deməli, rəsmi Vaşinqtonun siyasi və kəşfiyyat dairələri İrəvanın “mina terroru” planı haqda məlumatı olub. Dövlət katibi Blinken bir ay əvvəl Bakıya telefon açaraq prezidentlə danışıqlar aparmışdı və inanırıq ki, regionda sülh prosesi Vaşinqtona da sərfəlidir, Qərbə də. Halbuki Paşinyanın Yelisey sarayı qarşısında 10 noyabr razılaşmasını “kağız parçası” adlandırması və sərhədləri qorumaq üçün Avropa dövlətlərindən hərbi yardım istəməsi müharibənin nəticələrindən narazı qalanların təkcə siyasi təzyiqlərdə deyil, eləcə də İrəvanın təxribat planlarında iştirakını sübut edir. Ona görə də biz Vətən müharibəsində qələbənin nəticələrinə söykənərək mina xəritəsindən qabaq, milli ərazi xəritəmizi-siyasi xəritəmizi düşmənə tanıtdırmağa məcbur etməliyik”.
Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputat bildirib ki, ikinci fakt Diplomatiya Akademiyasında keçirilən konfrasda Britaniyanın Links təşkilatının rəhbəri Dennis Sammutun prezidentə verdiyi sualdır:
“Regona yaxından bələd olan peşəkar konfliktoloq dedi: cənab prezident, Azərbaycan üçtərəfli Bəyanata beynəlxalq legitimlik vermək üçün onu BMT Təhlükəsizlik Şurasının qətnaməsinə daxil etməyi düşünürmü? Yəni, beynəlxalq eksperti maraqlandırırdı ki, biz qələbimizin hüquqi cəhətdən tanıdılması üçün nələrisə etməyi düşünürükmü? Gerçəkdən də unikal vəziyyətdir. 31 il əvvəl Almaniya birləşəndə, baxmayaraq ki, Qarabağdan fərqli məsələdir-heç kəs ona vahid Almaniya üçün beynəlxalq reyestrdən çıxarış tələb etmirdi.İndi biz Kəlbəcərdə və gələcəkdə digər nöqtələrdə ayağımız altında açılan atəş səslərini kəsmək üçün bir vaxtlar qəbul etdirdiyimiz 4 BMT qətnaməsi kimi qalibiyyəti tanıtdırma aktları da almağı unutmamalıyıq".
Deputat deyib ki, mina partlayışları Minsk qrupuna süni nəfəs vermək planı ilə üst-üstə düşür və yüksək siyasi mərkəzlərdən idarə olunur:
"O minaları Xankəndində, Xocalıda saxlanan hərbi qrupların əli ilə basdırıblarsa, onda zorla geri qaytarılan 25-30 minlik ermənilərin birgəyaşayışına və gözlənilən “sülh müqaviləsi”nə zərbə vurduqlarının fərqində olsunlar.Mina qəsdini üzərinə götürən polkovnik Koryun Qumaşyan dövlətin terrorca danışan dilidir. Qumaşyanın müsahibəsi Noyan-Tapan TV-də 15 mayda yayımlanıb. 299 minə yaxın baxış olub, 750 şərh yazılıb.Əksər statuslarda diversantların qaytarılmasının terror yolu alqışlanır. Lakin partlayışlar Böyük Qayıdışı və kommunikasiyaların açılmasını durdura bilməz. Qardaş Türkiyə kimi Azərbaycanı 30 il terrorla müharibəyə cəlb etmək planı iflasa məhkumdur. Ona görə ki, 90-cı illərdə terrorla ərazi ələ keçirənlər onun bütün regionda yayılmasını görüb dayandırıldılar.
Təəssüf ki, digər böyük mina ermənilərin 3 rayondan çıxması üçün verilən vaxta və əhalini ora kütləvi buraxmayıb insanların təhlükəsizliyini qoruduğuna görə dövləti suçlandıranlardır. Məgər o torpaqların azadlığı 3-4 dəfə artıq itkilərə səbəb olsaydı, “bir gülləsiz torpaqları azad etdik bəyanatı”na zərbə vurmaq istəyənlər çox məmnun olacaqdılar? Bir də maraqlıdır, Kəlbəcər azad olunana kimi Eçmiədzin rahiblərinin bir-birinin ardınca Xudavəngi ziyarət etməsi, Allah qarşısında təmrinlər həyata keçirməsi faktı barmaqla sayılsa da son 7 ayda keşişlərin dəstə ilə səfərlərinin məqsədi bəllidir, onların libasları altından mina müharibələrinə xeyir-dua vermələri şübhə doğurmur və belə silahlı din xadimləri İrəvandakı dəfnlərdən nəticə çıxarmır! Lakin Qarabağı artıq minaya çevirmək mümkün deyil. Məhv edilən hər mina savaşın davamıdır, çünki minalar erməni ordusunun simasıdır!”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi