İş adamı hakim qarşısında: vəkillər vəsatət verdi, hakim qəbul etmədi
07-06-2021 [17:08]
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər veri ki, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda İ.İsmayılovun müdafiəsi İlhamə Həsənova bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə 2013-2016-cı illər ərzində özünə məxsus olan şirkətdən 680 min manat vəsaiti mənimsəməkdə ittiham edilir.
O qeyd edib ki, təqsirləndirilən şəxs həmin dövrdə şirkətin xəzinəsinə 10 milyon manatdan artıq mədaxil edib.
Daha sonra vəkil həmin mədaxil qəbzlərinin sübutlar siyahısına daxil edilməsi, mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Təqsirləndirilən şəxsin digər vəkil Rəşad Əliyev məhkəmə iclaslarının audio yazısının aparılması ilə bağlı vəsatət qaldırıb. Vəkil bildirib ki, hazırlıq iclasında bununla bağlı vəsatət qaldırılsa da, məhkəmənin texniki imkanları olmaması səbəbilə təmin edilməyib:
"Buna görə də audio yazının müdafiə tərəfinin texniki vasitələri vsitəsilə həyata keçirilməsi və yazıların məhkəmə iclas protokoluna əlavə edilməsinə icazə verməyinizi xahiş edirik. Bu, işin tam, dolğun araşdırılması üçün vacibdir".
Vəsatət təmin edilməyib.
Vəkilər - İlhamə Həsənova və Rəşad Əliyev məhkəmə tərkibinə yazılı etiraz təqdim ediblər.
Məhkəmə müşavirədən sonra etirazın baxılmamış saxlanılması barədə qərarı elan edib.
Daha sonra məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən İ.İsmayılov ittihama münasibətində özünü qətiyyən təqsirləndirli bilmədiyini, ittihamları qəbul etmədiyini bildirib.
Növbəti proses iyunun 21-nə təyin edilib.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi