İqbal Ağazadə cəmiyyəti qınadı: "Mən çox varlı insanam..." - "Gedib qonşudan qızıl alıb taxıb toya gedirik"
07-06-2021 [15:59]
Ümid Partiyasının sədri İqbal Ağazadə Bakıpost-a maraqlı müsahibə verib.
Mia.az həmin müsahibədən bir hissəni təqdim edir:
- Seçkilərdən söz düşmüşkən. İstər əvvəl, istərsə də son keçirilən seçkilərdə ən bahalı seçki kampaniyasını həyata keçirən siyasətçilərdən olmusunuz. Burdan yola çıxaraq demək olarmı ən varlı müxalifət lideri sizsiniz?
- Mən çox varlı insanam.
- Hansı anlamda?
- Fərqi yoxdur, kim necə qiymətləndirir, o anlamda. Siz məndən varlı olduğumu soruşdunuz, mən də etiraf etdim. Cəmiyyətimiz sovet tərbiyəsindən, sovet şüurundan, düşüncəsindən yavaş-yavaş çıxmalıdır. Biz 30-cu ildə yaşamırıq və sovet quruluşu yoxdur artıq. Düşünməsinlər ki, kim rəiyyət balasıdırsa, o, kolxoz sədri, raykom katibi olacaq. Niyə insanlar sevinmir, varlı dedikləri İqbal Ağazadə pulu, imkanı ola-ola cəmiyyətin haqqı uğrunda vuruşur?
- Səmimiyyətə inamsızlıq hissindən qaynaqlana bilərmi?
- Mən digər müqayisə olunanlardan daha səmimi görünmürəmmi?
- Bu, fərdlərə görə dəyişir...
- Hər halda ümumi cəmiyyətin ab-havasına baxanda dediyiniz varlı İqbal Ağazadə gedib sakitcə öz var-dövlətini yeyərdi, özü üçün yaşayardı. Heç kimin haqqı uğrunda da vuruşmazdı. Nə həbsxanaya düşərdi, nə seçkilərdə mübarizə aparıb hakimiyyətin saxtakarlığı ilə üz-üzə qalardı. Cəmiyyət bu şeylərə sevinməlidir, əslində.
- Bir sözlə, başqalarının pulunu hesablamağı sevirik...
- Yox, biz yazıq olmağı sevirik. Bizim komplekslərimizdən biri də budur. Dəhşətli şeydir. Diqqət edirsinizmi, pandemiyadan əvvəl yas məclisləri olurdu. Hökmən bir ağı deyən gətirirdik. O ağı desin, biz ağlayaq. Niyə? Çünki görsünlər biz ağlayırıq. İçindən gəlirsə, ağlayacaqsan. Ailə var doğmasını itirib, heç birinin gözündən yaş çıxmır. Yasa gedən adamlar gedib orda-burda deyirlər ki, gördün filankəsin qızını, heç ağlamadı. Bircə dəfə normal düşünürükmü ki, həmin adamın qızı qədər yana bilərikmi ona? Biz istəyirik, çevrəmizə fərqli şeylər göstərək. Xoşbəxtliyimizdən yola çıxmaq istəmirik. Dərdimizi hər kəsə göstərən, xoşbəxtçiliyimizi gizləyən millətik. Sovet dövründə də maşınımızı, qızılmızı, əmlakımızı gizlətmişik.
- Bu psixologiyanı altşüurumuza həkk edən nədir?
- Millət, cəmiyyət olaraq düzgün tərbiyə olunmamaq. Biz dərdimizi böyüdən adamlarıq. İnsan var yaxşı pul qazanır, yanınıdakı adam maaşını soruşanda göz dəyər deyə, maaşının miqdarını azaldır. Bu qədər bəsit düşüncələrə sahibik. Əvəzində nə edirik? Kiçik bir ailə təmtəraqla ad günü, toy edir və borca düşür. Gedib qonşudan qızıl alıb taxıb toya gedirik. Çox təəssüf, biz hələ bu cür cəmiyyətdə yaşayırıq və bunun üzərindən keçə bilmirik. Siyasətdə də belədir. Sən demə siyasətlə məşğul olan adam ac olmalıymış. Siyasətə gələn adam hökmən varlanmaq üçün gəlir. Ona görə də düşünürlər ki, pulu olan adamın siyasətdə olması məntiqsizdir.
- Elə deyil? Biz axı bunun bariz nümunələrini görən cəmiyyətik...
- Böyük əksəriyyəti, təəssüf ki, elədir. Siyasət varından, yoxundan asılı olmayaraq, hər kəsin məşğul ola biləcəyi sahədir. Çox nəcib bir missiyadır. Haqsızlığı görən, ölkəni, cəmiyyəti onu idarə edənlərdən daha yaxşı idarə etməyə cəhd etmək təşəbbüsdür. Ola bilər cəhdin yaxşı alınmasın, lakin ən azı özündə, komandanda, düşüncələrində, ideyalarında bunu görüb və cəmiyyətə nə isə xeyir vermək istəyəsən. Sadəcə insanlar siyasəti çirkləndirdiyinə, öz əməllərini siyasətin arxasında pərdələdiyinə görə bəzən siyasətə çox pis şey kimi baxırlar. Amma bir şey ki, toplum üçündür, o niyə pis olmalıdı?
- Siyasətdən heçmi pul qazanmırsınız?
- Azərbaycanda heç kim siyasətə investisiya qoymur. Məsələn, bu gün mənim otağımda oturmusunuz. Bu, mənim özəl mülkiyyətimdir, mən bunu siyasətə investisiya kimi qoymuşam. Başqası deyər, mən niyə özəl mülkiyyətimi dövlətə investisiya qoyum?! Verərəm beş-on minə icarəyə, balamı dolandıraram. Mən deyirəm ki, yox, cəmiyyətə xeyir verməliyəm.
- Dolanışığınızdan məmnunsunuz?
- Çox məmnunam. İmkanlarımdan da, həyatımdan da heç bir narazılığım yoxdur. Məni cəmiyyətin, çevrəmin, dövlətin halı məmnun etmir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi