Qarabağ müharibəsi qazisini döyüblər

img

22-01-2014 [17:50]


17 yanvarda axşam saat 18-19 radələrində hakimiyyətə yaxın Azad İsgəndərov adlı harın işbazın qoçuları və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları, Laçının müdafiəsi uğrunda döyüşlərdə ağır yara almış, Qarabağ müharibəsi qazisi Niyaz Əmiraslanova hücum çəkərək onu döyüblər. 

Bu zorakılıq və vandalizm aktı nəticəsində Qarabağ qazisi və atası Vətən müharibəsi veteranı olan Vəli Əmiraslanov da bədən xəsarətləri alıblar. Səbəb isə Azad İsgəndərov adlı birisinin apardığı tikintinin Qarabağ qazisinin evinə gedən yolunun kəsməsinə etiraz etməsi olub. Fiziki zorakılığa məruz qalan qazimiz Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət edərkən, təhqiqatçı Natiq Təhməzovun "səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı getməzdin" deməsi ona döyülməkdən daha pis təsr bağışlayıb. Xahiş edirəm gəlin Qarabağ qazisini bu harınlarla təkbətək, qoymayaq, onların əzilməsinə, təhqir olunmalarına, haqq və hüquqlarının tapdanmasına imkan verməyək. Daha bir Zaur Həsənov faciəsinin yaşanmasına imkan verməyək!!!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA