22-01-2014 [13:17]
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2013-cü ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Daxili işlər naziri ötən il cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş yüksək göstəricilərdən bəhs edib. Nazir bu işdə Baş İdarənin də önəmli rolu olduğunu qeyd edib, qazanılmış uğurlarla yanaşı, əməliyyat-xidməti fəaliyyətdə olan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyini bildirib.
Hesabat dövründə görülmüş işlər və əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə məruzə ilə Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov çıxış edib. O deyib ki, ötən dövrdə cinayətkar qrupların formalaşma mərhələsində aşkarlanmasına, qanunsuz saxlanılan və gəzdirilən silah, sursat və partlayıcı maddələrin aşkarlanmasına, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəyə xüsusi diqqət yetirilib. Həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 129 cinayət faktı müəyyən edilib, açılması təmin olunmuş 12 fakt üzrə materiallar istintaq aidiyyəti üzrə göndərilib.
Ötən il respublika üzrə 96 nəfərdən ibarət 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilib. Onlar tərəfindən bütövlükdə 131, o cümlədən 53 dələduzluq, 10 qaçaqmalçılıq, 2 mənimsəmə, narkotiklərin satışı və saxlanılması ilə əlaqədar 21, silahların qanunsuz dövriyyəsi ilə bağlı 8 cinayət törədilib. Dəstə üzvlərindən 44,4 kiloqrama yaxın narkotik maddə və 2 partlayıcı qurğu götürülüb. Qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə ilə bağlı 21 fakt aşkar edilərək 23 nəfər məsuliyyətə cəlb olunub.
İqtisadi fəaliyyət və dövlət idarəçiliyi sahəsində ictimai münasibətlərə zərər vuran saxta pul və qiymətli kağızlar hazırlama və satma, rəsmi sənədləri saxtalaşdırma cinayətləri ilə mübarizə tədbirləri də davamlı olub. 12 cinayət faktı üzrə 78 minə yaxın saxta Azərbaycan manatı aşkar edilib, 3 diplom və xeyli sayda başqa saxta sənədlərin satışının və istifadəsinin qarşısı alınıb.
İstehlakçıları aldatma, keyfiyyətsiz məhsul istehsal etmə və satma, eləcə də əmtəə nişanlarından qanunsuz istifadə etmə cinayətlərinin aşkarlanması üzrə fəaliyyət çərçivəsində satışa çıxarılmış 300 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları götürülərək məhv edilib. Bundan əlavə, qanunazidd olaraq qumar oyunları təşkil edən 13 sahibkarlıq obyektinin fəaliyyəti dayandırılıb və cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunub. Baş İdarəyə daxil olan əməliyyat məlumatları mütəmadi araşdırılaraq lazımi tədbirlər görülüb və müvafiq məlumatlar əsasında 102 cinayətin açılması təmin edilib.
Məruzəçi ötən il əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət göstəricilərlə yanaşı, bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da etiraf edib, onların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildirib.
Əməliyyat müşavirəsinə yekun vuran general-polkovnik Ramil Usubov şəxsi heyətin ötən hesabat ilindəki fəaliyyətini ümumən yüksək qiymətləndirib, qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən gəlmək üçün konkret tapşırıq və tövsiyələrini verib.
modern.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi