Həbsdə olan müsavatçının həyat yoldaşının boyunu sınıb - Qəza

img

22-01-2014 [11:11]



Xəbər verildiyi kimi, siyasi motivlərlə 1 ilə yaxındır həbs olunmuş və hazırda Şəki rayon məhkəməsində mühakimə olunan Tofiq Yaqublunun məhkəməsindən dönən ailə üzvləri İsmayıllı rayonunda ağır yol qəzasında yaralanıblar.  

Dünən Bakıya gətirilən Maya Yaqublu (Tofiq Yaqublunun həyat yoldaşı) və maşının sürücüsü Çingiz Əlinin müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında aparılacaq.  


Xəstəxananın həkim personalından musavat.com-a deyiblər ki, T. Yaqublunun xanımı Maya Yaqublunun boynu sınıb, ciddi zədə alıb, cox saylı qançırlar və çıxıqları var. Əməliyyat olunacaq. Həyati təhlükə olmasa da, əməliyyatdan sonra durumu barədə proqnoz vermək çətindir. Müsavat fəalı, qəzaya uğrayan maşının sahibi və sürücüsü Çingiz Əlinin vəziyyəti isə ağırdır. Həkimlər onun həyatı uğrunda çarpışırlar. Çingiz Əli də əməliyyata hazırlanır və yaxın saatlarda o, əməliyyat olunacaq.

Yaralıların həkimi Fərid Qaralov musavat.com-a bildirib ki, Maya Yaqublunun huşu özündədir, ancaq boynunda bir yerdən sınıq var. Həkim onun vəziyyətini orta-ağır kimi qiymətləndirib.

Mia.az-ın kollektivi Yaqublu ailəsinə Allahdan şəfa diləyir və keçmiş olsun deyir!  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA