Şahin Mustafayev: “Regionun perspektivli inkişafı üçün əməkdaşlıq və sülhə alternativ yoxdur”
03-06-2021 [20:15]
"Cənubi Qafqazın gələcəyinə uzun sürən Azərbaycan-Ermənistan münaqişəsinin həlli kontekstində baxmaq lazımdır".
Bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən “Postcovıd dövründə Avrasiya regional əməkdaşlığı” adlı panel müzakirədə çıxışı zamanı bildirib.
“Münaqişənin həlli nəticəsində əvvəllər işğal olunmuş Azərbaycan əraziləri azad olunub. Postmüharibə dövrü regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması və yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün yeni imkanlar açır. Azərbaycan gələcəyə baxır və öz gələcəyini Cənubi Qafqazın vahid inteqrasiya olunmuş regionun bir hissəsi kimi planlaşdırır”, deyə Ş. Mustafayev vurğulayıb.
Azərbaycan baş nazirinin müavini Cənubi Qafqazda nəqliyyat layihələrinin reallaşdırılmasının ən vacib məsələlərdən biri olduğunu söyləyib: “Mən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci bəyanatlarını xatırlatmaq istəyirəm. Bu bəyanatlara əsasən, regionun bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalıdır. Hesab edirik ki, bu, bütün Cənubi Qafqaz ölkələrinin, eləcə də yaxın qonşularımızın və tərəfdaşlarımızın - Rusiya, Türkiyə və İranın maraqlarına cavab verir. Hesab edirik ki, Cənubi Qafqaz regionunun nəqliyyat və iqtisadi əlaqələrinin açılması bütün ölkələrə, xüsusilə də Orta Asiya ölkələrinə sərfəli olacaq. Azərbaycan məlum bəyanatların tam icra olunmasına, eləcə də regionda dayanıqlı sülhüm və təhlükəsizliyin təmin olunmasına, postmünaqişə vəziyyətinin normallaşmasına və bütün fikir ayrılıqlarının diplomatik vasitələrlə həllinə sadiqdir. Regionun perspektivli inkişafı üçün əməkdaşlıq və sülhə alternativ yoxdur”.
Ş.Mustafayev Azərbaycanın işğaldan azad olunan ərazilərdə artıq bərpa işlərinə başladığını da bildirib: “Həmin ərazilərdə infrastruktur layihələri həyata keçiririk, avtomobil magistralı tikirik, üç aeroportun inşası nəzərdə tutulub, bunlardan ikisi artıq tikilir, birinin isə tikintisi planlaşdırılır. Azərbaycan hökuməti bu işlərin icra olunması üçün maliyyə daxil olmaqla bütün lazımi resursları ayırıb. Bir daha təkrar etmək istəyirəm ki, Azərbaycan üçtərəfli bəyanatlara regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təminatı kimi baxır”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi