"AzTV-yə ayrılan o 1 milyarda yaxın vəsait hanı?" - Qulu Məhərrəmli
01-06-2021 [16:36]
“Dünən Azərbaycan Televiziyası (AzTV) HD keyfiyyətli yayımı genişləndirmək üçün önəmli addım atıb. Bundan sonra AzTV-nin hər üç kanalını HD keyfiyyətində izləmək mümkün olacaq. Bu, AzTV tarixi üçün ciddi texnoloji hadisədir”.
Mia.az “AzPolitika.info”ya istinadla xəbər verir ki, bunu tanınmış telejurnalist, professor Qulu Məhərrəmli sosial şəbəkədəki hesabında yazıb.
“Ölkənin bir nömrəli telekanalı niyə rəqəmli yayıma bu qədər gec keçir? Axı dövlət proqramına görə, ölkədəki telekanallar artıq 2020-ci ilə qədər rəqəmli yayıma keçməli idilər. Nəyə görə, məsələn, ATV və ya Xəzər TV bu işin öhdəsindən gəldiyi halda, AzTV bu sırada geridə qalmışdır? Axı dövlət hər il bu kanalın normal çalışması, o cümlədən ən yeni texniki avadanlıqla təchiz edilməsi üçün xeyli maliyyə ayırmışdır”, - professor sual edir.
Q.Məhərrəmli xatırladır ki, A.Alışanovun sədrliyi illərində (2006-2019) AzTV dövlət büdcəsindən 900 milyon manatdan çox pul alıb: “Bəs hanı o 1 milyarda yaxın vəsait? Əməkdaşların maaş üzünə həsrət qaldığı o illərdə bu pul hara və nəyə xərclənmişdir? TV tariximizin kriminal sifəti olan Alışanovdan bunu soruşan olacaqmı? Soruşan olacaqmı ki, nəyə görə hələ də AzTV-də 1996-cı ildə-Nizami Xudiyevin vaxtında alınmış kameralarla işləyirlər? Bəzi studiyalarda isə, hətta 1985-ci ilin istehsalı olan kameralar var. Bəs Alışanovun hər il büdcədən daha çox pul qoparmaq üçün uydurduğu “Cənubi Qafqazın 1 nömrəli TV-si” nağılları necə oldu?! Dövləti və xalqı bu dərəcədə aldatmaq olarmı?”
Telejurnalist AzTV-də plan üzrə növbəti audit yoxlaması aparıldığını xatırladır: “Lap yaxşı! Qoy zəhmət çəkib AzTV-ni həm yaradıcılıq, həm də texniki-texnoloji baxımdan xeyli geri salmış Arif Alışanovun yeyintilərini, himayədarları ilə birlikdə dövlətin milyonlarını necə dağıtmalarını, cinayət xarakterli maliyyə fırıldaqlarını aşkara çıxarsın. Çıxara bilərlərmi?!”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi