21-01-2014 [11:50]
Təhsil naziri Mikayıl Cabbarovun "Müəllimlər institutunun Gəncə filialında tələbələrə saxta diplom verilib" açıqlaması bu işdə əli olanların dırnaqarası sakit həyatına narahatlıq gətirdi. Əslində ölkədə saxta diplom məsələsi çoxdan var idi. Lakin biri özündə güc tapıb, məsələni bu günkü kimi adı ilə çağırmamışdı. Necəki Mikayıl Cabbarov elədi.
Mikayıl Cabbarovun açıqlamasının ardınca həmin saxta diplomların axtarışına çıxdıq. Konkret Gəncədəki araşdırmalar göstərib ki, ali məktəbi biliyi ilə qazana bilməyənlər, sonradan bu təhsil ocağından müəllim diplomu alıb və tədrisdə də yaxından iştirak ediblər. Məsələn Gəncənin 40 saylı orta məktəbində Azərbaycan dili və Ədəbiyyatı müəllimi Lalə Həsəncanovanın diplomunun saxta olduğu üzə çıxıb. Bu təkcə bir məktəbdə aşkarlanan 4 saxta dillomdan birdir. Bu gün Lalə Həsəncanova ilə telefon söhbətimizdən bəlli oldu ki, o, təhsil nazirliyinin aşkarladığı bu faktı məhkəmədə araşdırıb.
Lalənin "qanuni yol" dediyini sonradan atası bizə başa saldı. Çünki Lalədən "2005-ci ildə universitetə hansı kod altında və neçə balla qəbul olmusan?" soruşanda "hamı necə, mən də elə" deməklə kifayətləndi. Atası isə övladının 2005-ci ildə özəl ali təhsil müəssisələrindən birinə, daxili qaydalarla qəbul olunduğunu sonradan isə Azərbaycan müəllimlər institutunun Gəncə filialına köçürüldüyünü deyir. Buranı bitirəndə isə dövlətin diplomuna yiyələnib. Lakin sonradan həmin diplomun saxta olduğu müəyyənləşib. Bəs saxta diplom nədir? Onu savadı ilə deyil, pulu ilə almaq istəyənlər necə əldə ediblər.
Tələbənin təhsilinin sonunda əldə elədiyi diplom, ona təhsil nazirliyinin müvafiq seriyası ilə verilir. Etiraf edək ki,Tələbə Qəbulu üzrə dövlət Komissiyasının apardığı qəbul imtahanlarından kiminsə saxta yolla keçməsinə indi heç kim inanmaz. Bəs necə olur ki, Məleykə Abbaszadənin komissiyasından keçməyən, sonradan diplomlu vətəndaş olur? Deməli, burda saxtakarlığın ən adi formasından istifadə edirlər.
Qəbul imtahanında keçid balını toplaya bilməyən məzun xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur, sonra isə Azərbaycanın dövlət universitetlərinə köçürülürlər.
Qəbul imtahanlarında keçid balı toplamayan gənc rüşvət verməklə rayon filiallarında birbaşa 2-ci kursa qəbul olunurlar.
Ən dəhşətlisi isə sonuncusudur. Təhsil Nazirliyinin hər il hansı seriyalarla diplom verəcəyini bilən rektorlar saxta diplomlar çap etdirir və istədiyi kəsə satır.
Gəncədə düz 207 belə fakt aşkarlanıb. Bu isə o deməkdir ki, eyni seriyalı diplomu iki nəfər daşıyır. Beləliklə, saxta diplomu rüşvətlə əldə edən vətəndaş həm də universiteti öz biliyi ilə qazanan digər vətəndaşın da haqqını pozmuş olur. Nazirlik hələlik 207 müəllimin saxta diplom daşıdığını ortaya çıxarıb. Halbuki ekspertlər bu diplomların sayının 1000-dən çox olduğunu düşünürlər.
Saxta diplomlu müəllimlərin təhsilimizə verdiyi saxta bilik artıq başqa söhbətin mövzusudur. Amma bəs necə olub ki, 11 filialı olan Azərbaycan müəllimlər institutu bölgələrdəki bu saxtakarlıqlardan xəbərsiz olublar. Gəncə filialının 2000-ci ildən bu günə qədər 2500 məzunu olub ki, onlardan da 1000-nin diplomu şübhə altına alınıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi